Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:35 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
12:12 13.12.2017

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2, II kitab, maddə 221; 2017, № 2, maddə 140) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.0.11-1-ci maddə əlavə edilsin:

“1.0.11-1. ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;”.

2.  22.3-cü maddənin birinci cümləsinə “(biletə)” sözündən sonra “(gediş haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

3.    28.2-ci maddəyə “baqaj qəbzi ilə” sözlərindən sonra

“, yaxud gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi ilə” sözləri əlavə edilsin.

4.  28.3-cü maddəyə “(biletlərin)” sözündən sonra “və ödəniş alətinin” sözləri, “satışı” sözündən sonra “, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanı” sözləri əlavə edilsin.

5.   31.0.1-ci maddəyə “əldə etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “isə” sözü “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə” sözləri ilə əvəz edilsin.

6.  Aşağıdakı məzmunda 31.0.1-1-ci maddə əlavə edilsin:

“31.0.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.

7. 31.0.2-ci maddəyə “marşrutlarında” sözündən sonra “(şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə edilsin.

8.  Aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:

“31.0.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;”.

9.  32.0.3-cü maddəyə “almaq” və “müvafiq sənədlərə” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

10.  36.0.6-cı maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM