13 Dekabr 2017 12:12
289
Qanunlar
A- A+

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2, I kitab, maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720) aşağıdakı dəyişikliklər edilsin:

 1.  19-1-ci maddə üzrə:

 1.1. birinci hissədə “yerli və respublika əhəmiyyətli avtomobil yollarında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda” sözləri ilə əvəz edilsin;

 1.2.  üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”.

 2.  19-2-ci maddə üzrə:

 2.1.  birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomagistralın tikilməsi barədə qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.”;

 2.2.  dördüncü hissənin ikinci abzasında “ödənişli” sözündən sonra “bələdiyyə və ya özəl” sözləri əlavə edilsin;

 2.3. beşinci hissədə “Avtomobil” sözü “Bələdiyyə və ya özəl avtomobil” sözləri ilə əvəz edilsin;

 2.4. altıncı hissə aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”;

 2.5.  aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş bələdiyyə və ya özəl avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar bələdiyyə və ya özəl avtomobil yolunun sahibi tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumat isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yolun istifadəsinə 30 gün qalmış kütləvi informasiya vasitələrində yayımlanmalıdır.”.

 3.  19-3-cü maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

 “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”.

 4.  19-4-cü maddə üzrə:

 4.1. birinci və ikinci hissələrdə “Ödənişli” sözündən sonra “bələdiyyə və ya özəl” sözləri əlavə edilsin;

 4.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi hallarını və qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video