Alternative content

05:36 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məleykə Abbaszadə: Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq
Məleykə Abbaszadə: Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq
ANA SƏHİFƏ / Elm və texnika
05:12 12.12.2017

Dövlət İmtahan Mərkəzində (DİM) ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib.

Ümummilli lider Heydər Əliyev siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran DİM Direktorlar Şurasının sədri dahi rəhbərin ideyalarının əbədi yaşayacağını söyləyib.

M.Abbaszadə müdrik şəxsiyyət Heydər Əliyevin elm, təhsil və mədəniyyətin inkişafına daim böyük önəm verdiyini xatırladıb.

DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Sonra Ulu Öndərin 2002-ci ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüşünü əks etdirən film göstərilib.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolunu vurğulayıblar.