Alternative content

09:43 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Soyuğa qarşı allergiya
Soyuğa qarşı allergiya
ANA SƏHİFƏ / Səhiyyə
12:12 12.12.2017

Şaxtalı-qarlı qışı, soyuq havanı sevənlər çox olsa da, onu sevməyənlər, hətta ondan narahat olanlar da var. Söhbət soyuğa qarşı allergiyası olanlardan gedir. Onların bir çoxu orqanizmdə olan dəyişikləri allergiya ilə əlaqələndirmir və onu digər pozulmalarla izah edirlər. Nəticədə həmin xəstələr uzun müddət müxtəlif xəstəxana və klinikalara üz tutur, lazımsız müalicələr alırlar.

Bununla əlaqədar olaraq Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova AZƏRTAC-ın müxbirinə deyib: ”Tibb aləmində soyuq son illər allergen kimi qəbul olunmağa başlayıb. Həkimlər həmin prosesi çox vaxt allergiya yox, psevdoallergiya adlandırırlar.

Adətən allergen dedikdə müxtəlif maddələr-toz, yun, heyvan tükü, bitki tozcuqları, bəzi qidalar və s. nəzərə tutulur. Lakin soyuq “maddə” deyilsə, onda niyə allergik reaksiyalara səbəb olur? Həkimlərin fikrincə, soyuq orqanizmdə müəyyən proseslərə təkan verir və nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.

Soyuğa qarşı allergiyası olanlarda zökəm, burun tutulması və asqırma baş verir. Lakin isti şəraitdə həmin simptomlar itir və sanki “sağalır”. Həmin allergiya növünün digər simptomu dəridə inkişaf edən müxtəlif pozulmalardır; dəri səpir, qaşınır, quruyur, qabıq verir, üzərində açıq və ya tünd qırmızı ləkə və çatlar əmələ gəlir. Ağır vəziyyətlərdə dərinin açıq hissələrində - əl, üz və qulaqlarda dəri ödemləşməsi baş verir, bir sıra hallarda diz və budların iç hissəsinin dərisi zədələnir. Soyuğun təsiri nəticəsində inkişaf edən həmin proses dermatitdir”.

Allerqoloq söhbətinə davam edərək deyib: ”Dermatit kompleks şəkildə müalicə olunmalıdır. Müalicə zamanı periferik qan dövranını yaxşılaşdıran, antihistamin preparatlar, vitamin və digər vasitələrdən istifadə olunur. Ağır vəziyyətlərdə həkim müəyyən hormonal preparatlar təyin edir.

Şaxtalı havalarda dodaq dərisinin qızarması, dodaq çatlaması, qabıq verməsi, dodaqların kənarlarında yara əmələ gəlməsi soyuğa qarşı allergiya əlamətidir. Həmin əlamətlər inkişaf edəndə küçəyə çıxmazdan əvvəl profilaktik məqsədlə dodaqlara gigiyenik dodaq boyası və ya kriokrem çəkmək, lazım gələndə həkimin məsləhəti ilə xüsusi vitamin, antihistamin preparatlar və s. qəbul etmək olar.

Soyuq nadir hallarda hətta ən ağır allergik reaksiya sayılan anafilaktik şoka da səbəb ola bilər. Güclü soyuqlama nəticəsində baş verən həmin proses zamanı arterial təzyiq kəskin şəkildə aşağı düşür, nəfəsalma çətinləşir, hətta bayılma halları olur. Lazım olan tibbi yardım göstərilməyəndə ölüm halı da baş verə bilər. Soyuğa qarşı allergiyası olanlara arıqlamaq və digər müalicəvi məqsədlərlə kriosaunadan istifadə etmək olmaz. Əks halda anafilaktik şok inkişaf edə bilər”.

Həkim-allerqoloq söhbətə yekun vuraraq deyib: ”Digər allergiya növləri kimi soyuğa qarşı allergiya daha çox immunitetin zəifləməsi zamanı inkişaf edir. Düzgün qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, stress vəziyyətlərdən uzaq olmaq, idman etmək, təmiz havada gəzmək, orqanizmdə olan kariyes, haymorit və s. kimi xroniki infeksiya ocaqlarını vaxtında və düzgün müalicə etmək xəstəliyin profilaktikası sayılır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM