Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:53 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
ANA SƏHİFƏ / Elm və texnika
09:12 11.12.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə dekabrın 11-də “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hərbi Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda mühazirəsi dinlənilib.

Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar. Qeyd edilib ki, Ümummilli Lider ordu quruculuğuna Naxçıvanda Ali Məclisin Sədri olduğu zamandan başlayıb, Ulu Öndər bütün çətinliklərə baxmayaraq müasir tələblərə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olub.

Bildirilib ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması ordudakı islahatların daha da sürətlənməsinə təkan verib. Bununla ordu sıralarına peşəkar hərbçilər cəlb edilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb, hərbi vətənpərvərlik işi gücləndirilib, ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilib. Nəticədə yenilməz gücə malik Azərbaycan Ordusu yaradılıb.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Fondun fəaliyyətində ümummilli lider Heydər Əliyev ideyalarının təbliğinin daim əsas istiqamət olduğunu, bu sahədə ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib. O, Bilik Fondu ilə Hərbi Akademiya arasında imzalanan əməkdaşlıq sazişinə əsasən həyata keçirilən birgə maarifləndirici tədbirlərin maraqla qarşılandığını və əhəmiyyətini vurğulayıb.

Tədbirdə Müdafiə Nazirliyinin sifarişi ilə Ulu Öndər haqqında çəkilən film nümayiş olunub.

Sonra tədbir iştirakçıları Hərb Tarixi Muzeyində yaradılan “Heydər Əliyev və Azərbaycan Milli Ordusu” fotosənədlər guşəsi ilə tanış olublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM