Alternative content

15:58 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
Milli Məclisdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
ANA SƏHİFƏ / PARLAMENT
05:12 11.12.2017

Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanla Rusiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin rolunu xüsusi vurğulayıb. Spiker qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.

Oqtay Əsədov Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanılması, rusdilli təhsil müəssisələrinin və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Leonid Kalaşnikov ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə uğurlarından geniş söz açıb.