Alternative content

16:32 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir
Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir
ANA SƏHİFƏ / Elm və texnika
05:12 11.12.2017

Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 11-də ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ADA Universitetinin tələbələri ilə görüş zamanı deyib.

O bildirib ki, hazırda bu sahədə kadr çatışmazlığı var. Bunun üçün tələbələrlə danışmaq, onların suallarını cavablandırmaq çox vacibdir.

H.Payper qeyd edib ki, o, iki dəfə kosmosda olub və bu, çox möhtəşəm bir hissdir: “Bu, həyat üçün təhlükəli olsa da, olduqca maraqlı peşədir”.