Alternative content

22:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV NASA-nın astronavtı : Fəza öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir
NASA-nın astronavtı : Fəza öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir
ANA SƏHİFƏ / Elm və texnika
03:12 11.12.2017

NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ölkəmizdə səfərdədir. Səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, amerikalı astronavt səfər çərçivəsində dekabrın 11-də Bakı Amerika Mərkəzində KİV nümayəndələri ilə görüşüb.

Görüşdə H.Payper fəaliyyəti barədə məlumat verib, kosmosa səfərləri haqqında danışıb, təcrübələrini bölüşüb.

O deyib: “ABŞ-da gender bərabərliyinə üstünlük verilir. Artıq NASA agentliyi 12 kosmonavt seçib, onların arasında qadınlar da var. Kosmik agentlikdə qadın kosmonavtların sayı azdır. Buna əsas səbəb NASA-nın xüsusi şərtləridir. Bu sahədə texniki təhsil önəmlidir”.

Həm də peşəkar üzgüçü olduğunu söyləyən H.Payper okeanın dibi ilə kosmosu müqayisə edib : “Suyun altında suyun sıxlığı hərəkətə çətinlik törədir, amma kosmosda heç bir sıxlıq yoxdur və hərəkət daha sürətlidir. Suda ağırlıq daha çox hiss olunur, kosmosda isə ağırlığı hiss etmirsən”.

Fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edən amerikalı astronavt təxminən 33 saat açıq kosmosda olduqlarını deyib. Bu müddətdə eksperimentlər aparıldığını diqqətə çatdıran H.Payper bildirib ki, fəza öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir.

Azərbaycana ilk dəfə gəldiyini deyən H.Payper ölkəmiz haqqında təəssüratını bölüşüb.