Alternative content

18:03 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu Öndər müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyub
Ulu Öndər müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyub
ANA SƏHİFƏ / Elm və texnika
01:12 11.12.2017

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.

Akademik A.Əlizadə ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayıb, Ümummilli Liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələrinin zaman keçdikcə daha aydın göründüyünü söyləyib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini deyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.

Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən söz açıblar.