Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
ANA SƏHİFƏ / Təhsil
12:12 09.12.2017

 

Dekabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, akademiyanın rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, Olimpiya, paralimpiya və dünya çempionları, tanınmış idmançılar, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Anım tədbirin məqsədi ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında gənc nəsli məlumatlandırmaq, ümummilli liderin əziz xatirəsini yad etmək olub.

Akademiyanın akt zalında keçirilən tədbirdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himni ifa edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan ulu öndər Heydər Əliyev daim öz xalqına və dövlətinə sədaqətlə xidmət göstərib, ömrünü bu işə həsr edib. Qədirbilən xalqımız dahi oğlunun xidmətlərini heç vaxt unutmayacaq, ulu öndərin xatirəsi daim qəlblərdə yaşayacaq.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafı diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin əsas məqsədi insan kapitalını inkişaf etdirməkdir. Anım tədbirinin bədii hissəsində Azərbaycan Dövlət Xor Kapellası tərəfindən ulu öndər Heydər Əliyevin sevdiyi mahnılar ifa olunub, dahi şəxsiyyətin xatirəsinə həsr edilən videoçarx göstərilib.

Bədii hissədən sonra qonaqlar akademiyada aparılan yenidənqurma işləri və təhsil islahatları ilə tanış olub, yeni yaradılmış “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə ingilis dilində magistr ixtisasları dərslərində iştirak ediblər. Tədbir iştirakçıları bu magistr proqramlarında tədris aparan Şeffild Hallam Universitetinin və London Universitet Kollecinin müəllimləri ilə görüşüblər.