Oqtay Əsədov: TürkPA ölkələrimizi bir-birinə yaxınlaşdıran səmərəli platformadır
Dekabrın 8-də Bişkekdəki “Ala-Arça” hökumət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 7-ci plenar sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada TürkPA-nın üzvü olan ölkələrin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, müşahidəçi qismində Özbəkistanın və qonaq kimi Macarıstanın parlament nümayəndə heyətləri, həmçinin Türk Şurasının baş katibi Ramil Həsənov, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Sessiyanı Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Dastanbek Cumabayev açaraq TürkPA-nın üzvü olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Milli Məclisin sədri Oqtay Əsədov çıxışında bildirib ki, 9 il öncə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli platforması olduğunu nümayiş etdirib. TürkPA xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə, qardaş ölkələrimizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib və verməkdə davam edir.
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əməkdaşlığın bütün formalarından istifadəyə böyük əhəmiyyət verdiyini vurğulayan Oqtay Əsədov deyib: “Hesab edirəm ki, ölkələrimizin ali qanunvericilik orqanları Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində iş birliyini genişləndirməklə yanaşı, ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi diqqət yetirməlidir. İkitərəfli əlaqələrimizin güclənməsi isə Parlament Assambleyamızın möhkəmlənməsində və fəaliyyətində mühüm rol oynaya bilər. Demək istəyirəm ki, bu iki proses yanaşı getməli və bir-birini üzvi şəkildə tamamlamalıdır”.
Oqtay Əsədov vurğulayıb ki, ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır. Xəzər dənizinin neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Orta Asiyadakı türkdilli dövlətlərin karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vaxtilə Çinlə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunu “Dəmir İpək Yolu”na çevirir. “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələri üzərində iş davam edir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarının bugünkü və gələcək rifahını təmin etmək potensialına malikdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri bildirib ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Əminəm ki, beynəlxalq birlik işğalçı dövlətə, nəhayət, öz yerini göstərməli və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. Yeri gəlmişkən, bu məsələdə tutduqları mövqeyə, Azərbaycanın haqq işini dəstəklədiklərinə görə dost və qardaş türkdilli ölkələrin rəhbərlərinə bir daha minnətdarlığımızı bildirirəm.
Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Plenar sessiyada dinləmələr keçirilib, bir sıra təşkilati məsələlərə baxılıb, qurumun komissiyalarının hesabat məruzələri dinlənilib.
Sessiyada TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
TürkPA-nın növbəti iclası gələn ilin noyabrında Türkiyədə keçiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!