Alternative content

11:52 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransa yekun vurulub
Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransa yekun vurulub
ANA SƏHİFƏ / Elm və texnika
04:12 08.12.2017

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli riyaziyyatçı-alim, Əməkdar Elm Xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfransa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə mərhum alimin Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətlərindən bəhs edib. A.Əlizadə alimin 2001-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2013-cü ildə isə AMEA-nın vitse-prezidenti təyin olunduğunu, ömrünün sonunadək bu vəzifələri uğurla icra etdiyini, fizika və riyaziyyat sahəsində bir sıra mühüm nailiyyətlərə imza atdığını söyləyib.

A.Hacıyevin elm təşkilatçısı kimi əvəzsiz xidmətlərinin, riyaziyyat elminin inkişaf etdirilməsi və təbliği sahəsində çoxşaxəli, gərgin və məhsuldar əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik A.Əlizadə bildirib ki, alim Prezident İlham Əliyevin sərəncamları ilə "Şöhrət" ordeni ilə təltif olunub, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov A.Hacıyevin həyat və yaradıcılığından danışıb. N.Məmmədov qeyd edib ki, A.Hacıyev ali məktəbi bitirdikdən sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun funksiyalar nəzəriyyəsi şöbəsində elmi fəaliyyətə başlayıb. A.Hacıyev 1964-1974-cü illərdə xətti müsbət operatorlarla yaxınlaşma nəzəriyyəsi üzrə tədqiqatlarında bir sıra mühüm nəticələrə imza atıb. O, 1970-ci ildə akademik İbrahim İbrahimovla birlikdə sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının qurulmasına aid ümumi bir üsul təklif edib. Məşhur amerikalı riyaziyyatçı B.Vud bu operatorlara “Ibragimov-Gadjiev operators” adını verib və bu adla da onlar riyazi ədəbiyyata daxil olunub.

Qeyd edilib ki, A.Hacıyev 100-dən çox elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 27 namizədlik və bir doktorluq dissertasiyası müdafiə edilib. N.Məmmədov mərhum akademikin Azərbaycan Riyaziyyat Cəmiyyətinin fəaliyyətinin bərpa olunması və bu cəmiyyətin nəzdində “Azərbaycan Riyaziyyat Jurnalı”nın təsis edilməsi üçün gördüyü təşkilati işləri də xüsusi vurğulayıb.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Vaqif Quliyev, professorlar Nizaməddin İsgəndərov və İbrahim Quliyev A.Hacıyevin elmi-pedaqoji fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov alimin elmi fəaliyyətindən danışıb.

Sonda mərhum akademikin qardaşı Aqil Hacıyev alimlə bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM