08 Dekabr 2017 04:12
397
PARLAMENT
A- A+

Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib

Azərbaycan parlamentinin nümayəndə heyəti iclasda iştirak edib

 

Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclası keçirilib.

AZƏRTAC xəbər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Tədbirə digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri də qatılıb.

İclası Qazaxıstan Məclisi Sədrinin müavini Gülmira İsinbayeva açaraq üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, TürkPA-nın inkişaf perspektivləri haqqında məlumat verib.

Qırğızıstan Parlamenti-Joqorku Keneşinin sədri Dastanbek Cumabekov ötən müddət ərzində Qırğızıstanın bu təşkilatdakı fəaliyyəti, görülən işlər haqqında söhbət açıb.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, 2016–2017-ci illərdə TürkPA-nın üzvü olan ölkələrin siyasi həyatına təsir göstərən bir sıra hadisələr baş verib. Ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Türkiyə dövləti bu sınaqdan şərəflə çıxdı. Hər bir məsələdə olduğu kimi, bu çətin məqamda da Azərbaycan Türkiyə xalqının yanında oldu.

Spiker qeyd edib ki, ötən müddətdə TürkPA-nın üzvü olan ölkələrdə parlament və prezident seçkiləri, eləcə də Konstitusiya dəyişiklikləri ilə bağlı referendumlar keçirilib.

Oqtay Əsədov Qazaxıstan Parlamentinin Məclisinə və Senatına seçilmiş deputatları, Qırğızıstan Prezidenti seçilmiş Sooronbay Jeenbekovu təbrik edib. Milli Məclisin sədri əlavə edib ki, bu il Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının doqquz ili tamam olur. Bu müddət ərzində birgə səylərimiz TürkPA-nın ciddi siyasi çəkisi olan beynəlxalq təşkilat kimi formalaşmasına imkan yaradıb. Azərbaycan parlamentinin sədri budəfəki Şura iclasında Özbəkistan Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini Nəriman Umarovun başçılıq etdiyi nümayəndə heyətinin ilk dəfə iştirak etdiyini önə çəkərək onlara ən xoş arzularını ifadə edib.

Milli Məclisin sədri bildirib ki, ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən tədbirlər öz bəhrəsini verib. Təşkilatımız bir sıra nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində qonaq qismində iştirak etməsi barədə razılıq əldə edilib. TürkPA Avropa Parlamenti və MDB-nin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq edir. İki həftə bundan əvvəl TürkPA-ya Asiya Parlament Assambleyasında müşahidəçi statusu verilib.

Şura iclasında gündəlikdəki bir sıra digər məsələlər də müzakirə edilib.

Sonra parlament nümayəndə heyətləri Bişkekdəki “Ana-beyit” xatirə kompleksini ziyarət edib, repressiya qurbanlarının və böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini anıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video