Alternative content

18:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib
Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib
ANA SƏHİFƏ / Elm və texnika
04:12 08.12.2017

Bakı Dövlət Universitetində (BDU) dahi rəhbər, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin bu ali məktəbin foyesindəki büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük şəxsiyyət Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.

Heydər Əliyev siyasətinin, dövlətçilik təcrübəsinin əhəmiyyətini vurğulayan rektor Ulu Öndərin elmə, təhsilə daim xüsusi önəm verdiyini xatırladıb, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Azərbaycanın inkişaf etdiyini, dünyada nüfuzunun yüksəldiyini qeyd edən akademik A.Məhərrəmov deyib: “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ümummilli Lideri var!”

Rektor ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olduğunu sonsuz qürur hissləri ilə vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, müasir müstəqil dövlətimizin qurulmasında, tərəqqisində və dünyaya tanınmasında əvəzsiz rolundan bəhs edib.

Dahi rəhbər Heydər Əliyevin Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdiyini diqqətə çatdıran M.Qurbanlı ölkəmizdə qazanılan nailiyyətlərin Ulu Öndərin siyasətinin bəhrəsi olduğunu xatırladıb.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov müdrik şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq rolunu vurğulayıb, Ulu Öndərin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıb.

E.İbrahimov Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətini diqqətə çatdırıb, dahi rəhbərin nurlu ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş olunub.