Alternative content

08:45 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb
Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb
ANA SƏHİFƏ / Elm və texnika
03:12 08.12.2017

Türkiyədə “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov simpoziumda ölkəmizlə bağlı bir sıra tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

Y.Mahmudov deyib: “Hazırda Azərbaycanın üzləşdiyi problemlər Birinci Dünya müharibəsindən qalan miraslardır. Birinci Dünya müharibəsinin tarixi araşdırılarkən qalib dövlətlərin tarixçiləri saxta tarix yaradıblar. Əsl tarix isə diqqətdən kənarda qalıb. Bu müharibənin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırımı törədiblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. İcraçılar və bu siyasəti yeridən qüvvələr haqqında məlumatlar dünya xalqlarına açıq-aydın bildirilməlidir”.

Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib. “1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilər üçün dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddialarını irəli sürdülər. Bu məsələlər də hüquqi baxımdan araşdırılmalıdır”, - deyə Yaqub Mahmudov bildirib.

Y.Mahmudov, eyni zamanda, simpoziumun proqramında Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına, o cümlədən Xocalı soyqırımına lazımınca yer ayrılmamasından təəssüfləndiyini qeyd edib.

Sonra akademik Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçasını, soyqırımları tarixinə həsr olunan çoxlu sayda nəşrləri təqdim edib.

Qeyd edək ki, simpozium Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.