Alternative content

05:31 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alimin 80 illik yubileyi qeyd edilib
Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alimin 80 illik yubileyi qeyd edilib
ANA SƏHİFƏ / Elm və texnika
02:12 08.12.2017

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli riyaziyyatçı alim, Əməkdar Elm Xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə mərhum alimin Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətlərindən bəhs edib.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov A.Hacıyevin həyat və yaradıcılığından danışıb. Qeyd edilib ki, A.Hacıyev yüzdən çox elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 27 namizədlik və bir doktorluq dissertasiyası müdafiə edilib.

Digər çıxış edənlər də akademik A.Hacıyev haqqında xatirələrini bölüşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM