Alternative content

17:33 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ufa Dövlət Neft Texniki Universitetinin rektoruna SDU-nun fəxri doktoru diplomu təqdim edilib
Ufa Dövlət Neft Texniki Universitetinin rektoruna SDU-nun fəxri doktoru diplomu təqdim edilib
ANA SƏHİFƏ / Elm və texnika
01:12 08.12.2017

Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının qərarı ilə Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Nazifoviç Baxtizinə SDU-nun fəxri doktoru adı verilib. Dekabrın 7-də SDU-da bu münasibətlə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndə heyəti tədbirdə iştirak edib.

Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov tədbirdə çıxış edərək SDU-nun fəaliyyətindən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələr qurmasından bəhs edib.

Rektor qeyd edib ki, 2015-ci ildə Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb. Assosiasiyanın yaradılmasını hər iki ölkənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirən rektor bildirib ki, imzalanan müqavilənin müvafiq bəndlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetinin rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olub, elmi konfranslarda, Assosiasiyanın iclaslarında, tələbə forumlarında iştirak ediblər. Eyni zamanda, UDNTU-nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq hər iki universitetin “Elmi xəbərlər” jurnallarında nəşr olunur.

SDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən akademik Ramil Baxtizin bundan sonra da Rusiya və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. O, Sumqayıt Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirərək, fəxri doktor adına görə SDU-nun Elmi Şurasına təşəkkür edib.

Sonda Ramil Baxtizinə SDU-nun fəxri doktor diplomu, medal və mantiya təqdim olunub.