Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:08 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DİM Direktorlar Şurasının sədri Ukraynada keçirilən konfransda çıxış edib
DİM Direktorlar Şurasının sədri Ukraynada keçirilən konfransda çıxış edib
ANA SƏHİFƏ / Təhsil
09:12 07.12.2017

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak məqsədilə Kiyev şəhərinə səfər edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ikigünlük konfrans Avropa Xarici Fəaliyyət Xidmətinin və Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” adlı birinci platformasının dövlət idarəçiliyi islahatları paneli çərçivəsində keçirilir.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Aİ-yə üzv dövlətlərin, beynəlxalq təşkilatların, eləcə də Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və Ukraynanın dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.

DİM Direktorlar Şurasının sədri konfransda çıxış edərək Azərbaycan-Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin yüksək templə inkişafı barədə məlumat verib, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. M.Abbaszadə, həmçinin Aİ ilə DİM arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə ümumi məlumat verib.

Mərkəzin strateji inkişaf şöbəsinin müdiri, Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsinin rəhbəri Fuad Mayılov da plenar sessiyada təqdimatla çıxış edib, DİM tərəfindən Aİ-nin Tvinninq və TAIEX alətləri çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Konfrans dekabrın 8-də plenar sessiyalarda davam edəcək. İclaslarda digər Şərq Tərəfdaşlığı dövlətlərinin nümayəndələri ölkələrində həyata keçirilən Tvinninq, TAIEX və SİGMA alətlərinin tətbiqi, uğurlar, əldə edilən nəticələr barədə fikirlərini bölüşəcəklər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM