Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:53 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında dörd məsələyə baxılıb
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında dörd məsələyə baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
08:12 07.12.2017

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçirilən iclasında dörd məsələ müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumatı diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ - “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim bildirib ki, qanuna təklif edilən dəyişikliklər Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin statusunu müəyyən edəcək. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, ticarət nümayəndəliyi Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış yeni bir institutdur. Ticarət nümayəndələri Azərbaycanın xarici ölkələrdə ixrac, investisiya, ticarət əlaqələri və digər bu istiqamətli məsələlərlə bağlı elçiləridir. Hazırda Rusiyada, Çində, Birləşmiş Ərəb Əmirliklərində, Mərkəzi Avropanın 10 ölkəsini əhatə edən və Polşada yerləşən ticarət nümayəndələrimiz fəaliyyət göstərir. Artıq onların fəaliyyətlərinin bəhrələri görünməkdədir.

Məsələ barədə çıxış edən komitə üzvləri Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Elşən Musayev, Vüsal Hüseynov ticarət nümayəndəliklərinin əhəmiyyətindən danışıb, qeyd və təkliflərini veriblər.

Komitənin sədri Əli Hüseynli bildirib ki, bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna “Dövlət qulluqçusunun şəxsi işi” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsi” adlı maddələrin əlavə olunması təklif edilir. Bu maddələr dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını daha da təkmilləşdirəcək.

Sonra Əli Hüseynli Seçki Məcəlləsinə təklif edilən dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədardır.

Gündəlikdəki dördüncü məsələ isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2008) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlıdır. Qeyd edilib ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlətçiliyimizdə xüsusi xidmətləri olan bir qurumdur və belə bir medalın təsis edilməsi təqdirəlayiqdir.

İclasın sonunda gündəlikdəki dörd məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM