Alternative content

05:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir
Azərbaycan Milli Elmlər Akademiyası İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir
ANA SƏHİFƏ / Elm və texnika
05:12 07.12.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetinin professoru Zvi Ben-Avraham ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud münasibətlərin inkişaf mexanizmləri və imkanları müzakirə olunub.

Akademik A.Əlizadə AMEA-nın müəssisə və təşkilatları ilə İsrailin müvafiq elmi mərkəzləri arasında bilik, təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, seminar və konfransların təşkilinin əhəmiyyətini qeyd edib.

Professor Z.Ben-Avraham AMEA ilə əməkdaşlığa önəm verdiyini söyləyib. Tektonika, geodinamika və kolliziya prosesləri üzrə tanınmış ekspert Z.Ben-Avraham israilli alimlərin azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. Bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruriliyini vurğulayan alim əməkdaşlığın hər iki ölkənin elmi üçün böyük əhəmiyyət daşıdığını söyləyib.