07 Dekabr 2017 01:12
471
Səhiyyə
A- A+

İlan zəhərindən 30 dəfə güclü

Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən “apitoksin” də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.

AZƏRTAC xəbər verir ki, bu barədə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov məlumat verib. Onun verdiyi məlumata görə, tədqiqatlar nəticəsində arı zəhərinin tərkibində olan müalicəvi fermentlər ilan zəhərindəkindən 30 dəfə güclü olduğu sübut edilib. Onun tərkibində olan “adolanin” adlanan peptid çox qüvvətli ağrıkəsici və keyləşdirici təsirə malikdir və həmin keyfiyyətinə görə tiryəki 80 dəfə üstələyir.

Bioloq-alim arı zəhərinin müalicəvi xüsusiyyətləri barədə deyib: ”Ürəyin işemik xəstəliyi, stenokardiya və hipertoniya zamanı onun tərkibində olan böyük təsir mexanizminə malik antiaritmik təsirli maddələr var. Eyni zamanda, arı zəhəri damarların kirəcləşməsinin qarşısını alır, onun divarlarını təmizləyir və elastik olmasını təmin edir.

Kiçik miqdarda orqanizmə düşən arı zəhəri onun müdafiə qabiliyyətini möhkəmləndirir, qan dövranını və maddələr mübadiləsini tənzimləyir, profilaktika üçün yaxşı mühit yaradır. Arı zəhəri dəridə olan əlavə törəmələrin təmizlənməsində yaxşı səmərə verir. Dünya kosmetika bazarında tərkibində həmin ferment olan kremlər çox baha qiymətə satılır. Hazırda Rusiyada arı zəhəri və propolisin qarışığından ibarət kremlər və şampunlar geniş istifadə olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video