07 Dekabr 2017 12:12
470
Elm və texnika
A- A+

Sumqayıtda Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirib. Bu barədə Bilik Fondundan məlumat verilib.

Şəhər icra hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov maarifləndirici tədbirin Sumqayıtda təşkilinə görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Fondun aparat rəhbəri İsaxan Vəliyev “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatlar kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, ölkəmizdə son zamanlar insan hüquq və azadlıqlarının təminatı istiqamətində bir sıra qanunvericilik aktlarının qəbul edildiyini faktlarla diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyev mülki və inzibati prosessual məcəllələrə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərdən danışıb. Bildirib ki, dövlətimizin başçısı tərəfindən bu sahədə imzalanmış sənədlər hər bir Azərbaycan vətəndaşının keyfiyyətli hüquqi yardım almasını təmin edir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov Bilik Fondu tərəfindən hüquqi maarifləndirici tədbirlərin nəinki sadə vətəndaşlar, eləcə də məhkəmə-hüquq və hüquq mühafizə orqanlarının əməkdaşları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

İnteraktiv şəraitdə keçən görüşdə dinləyicilərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video