Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:48 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
03:45 20.11.2018 ZƏFƏRLƏR PARTİYASI
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Polşa arasında elmi sahədə əməkdaşlıq inkişaf edir
Azərbaycan və Polşa arasında elmi sahədə əməkdaşlıq inkişaf edir
ANA SƏHİFƏ / Elm və texnika
11:12 06.12.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, institutun elmi katibi İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev, tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi Gülnur Mahmudova və elmi müəssisənin əməkdaşı Nərmin Qafarlıdan ibarət nümayəndə heyəti Polşada səfərdə olub.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Polşanın bir çox təhsil və elm ocaqlarında görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Nümayəndə heyəti Torun şəhərində yerləşən Kajimir Yaqellonçık adına 9 saylı liseydə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin və Polşa Kralı Kazimir IV Yaqellonçıka həsr edilmiş xatirə lövhəsinin açılışında iştirak ediblər.

Nümayəndə heyəti Varşava Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində fəaliyyət göstərən Avropaşünaslıq İnstitutunun direktoru Konstanti Adam Voytaşçık ilə də görüşüb. Görüşdə xarici əlaqələr üzrə direktor müavini Yadviqa Nadolska, subregional təhsil bölməsinin rəhbəri Yozef Tımanovski, Avropaşünaslıq İnstitutunun əməkdaşı Pavel Stavaj və səfir Həsən Həsənov da iştirak ediblər. Görüş zamanı Tarix İnstitutu ilə Avropaşünaslıq İnstitutu arasında elmi əməkdaşlığın perspektivləri, elmi işçilərin mübadiləsi, birgə nəşrlər kimi məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin Polşa Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Voyçex Kriegseisenlə görüşündə institutun ümumi məsələlər üzrə direktor müavini Marek Slon, nəşriyyat məsələləri üzrə direktor müavini Andjey Korın, Varşava Universitetinin Tarix İnstitutunun direktoru Dariuş Koloceyçık və səfir Həsən Həsənov iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Tarix İnstitutunun kitabxanası ilə tanış edən V.Kriegseisen daha sonra institutun strukturunu və fəaliyyət sahələrini əks edən təqdimatla çıxış edib. Görüşün nəticəsi olaraq, Azərbaycan və Polşa Tarix institutları arasında əməkdaşlıq haqqında sazişin imzalanması və birgə elmi konfransın keçirilməsi ilə bağlı razılığa gəlinib.

Səfər çərçivəsində Yaqub Mahmudov Varşava Universitetinin şərqşünaslıq fakültəsinin tələbələri qarşısında “Azərbaycan tarixşünaslığı bu gün” mövzusu ilə çıxış edib. Azərbaycanın qədim tarixi haqqında məlumat verən Y.Mahmudov dünya sivilizasiyalarının formalaşmasında türk xalqlarının oynadığı mühüm roldan danışıb. O, tələbələri Azərbaycanın tarixinə və faciəvi səhifələrinə həsr edilmiş nəşrləri ilə tanış etməklə yanaşı, fakültənin kitabxanasına onlarla kitab hədiyyə edib. Sonra nümayəndə heyətinin üzvləri şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa ilə görüşüb. Görüşdə, həmçinin türkologiya və Orta Asiya xalqları bölməsinin rəhbəri Aqata Bareya, Varşava Universitetində Azərbaycan dili və mədəniyyəti üzrə fənləri tədris edən Şəhla Kazımova və səfir Həsən Həsənov iştirak ediblər. P.Taraxa əməkdaşlığa açıq olduqlarını və Azərbaycan Tarix İnstitutu ilə birgə layihələrə qoşulmaq istəyində olduqlarını bildirib. Görüşün nəticəsi olaraq, birgə işçi qrupların yaradılması, Azərbaycanın və Polşanın 100 illik yubileyinə həsr ediləcək elmi konfransın təşkili və Azərbaycan-Polşa tarixi əlaqələrinə həsr ediləcək birgə elmi monoqrafiyanın hazırlanması ilə bağlı məsələlərdə razılığa gəlinib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM