06 Dekabr 2017 10:12
274
Səhiyyə
A- A+

Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı

 

Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır. Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam.

AZƏRTAC tibbi KİV-lərə istinadla xəbər verir ki, tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq, bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2, B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium, kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var. Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A, C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun kombinasiyası yetərlidir.

Alma-yerkökü-çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn, böyrəkləri, qaraciyəri və mədəaltı vəzi sağlamlaşdırmaq üçün əla vasitədir, onları müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər növlərini də müalicə edir, çünki bu xəstəliyi törədən hüceyrələrin böyüməsinin qarşısını alır.

Təzə çəkilmiş şirə paket və butulkada satılan şirələrdən çox-çox faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də içkidir, o, müalicəvi-profilaktik məhsuldur. Buna görə də ehtiyatla və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu şirəni müalicəvi məqsədlə gündə iki dəfə vermək olar. Özü də bir porsiya 30 milliqramdan çox olmamalıdır. Şirəyə 1+1 nisbətdə içməli su da əlavə oluna bilər.

Meyvə-tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı-yaxşı yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən kimi dərhal içilməlidir, onu soyuducuda saxlamaq olmaz, çünki 10-15 dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər məhv olur. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyllidirsə, ona təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan əlavə, bu şirəni soyuqdəyməsi olan uşaqlara vermək də məsləhət deyildir, çünki selik ifrazını stimullaşdırmaqla, öskürək və zökəmi gücləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video