06 Dekabr 2017 12:12
550
Səhiyyə
A- A+

Qocalığa qalib gəlmək istəyən cərrah

Kardiologiyada və torakal cərrahiyyədə novator metodikaların, sağlamlığa dair sistem yanaşmanın müəllifi, akademik, kibernetik, yazıçı Nikolay Mixayloviç Amosov 1913-cü il dekabrın 6-da Novqorod quberniyasında anadan olub. AZƏRTAC 104 il əvvəl dünyaya göz açan məşhur cərrahın həyat yolunun bəzi məqamlarını yada salır.

 

Həkimliyə aparan uzun yol

Onun tibbə doğru uzanan yolu heç də rahat olmayıb. Çerepovets ətrafında kəndlərdə mamaçalıq edən anası oğlunu təkbaşına böyütmüşdü, onların güzəranı kasıblıq həddindən də aşağı idi. Amosovun dayısı "xalqın düşməni" hesab edildiyinə görə tibbi institutunda oxumağı ağlından da keçirə bilməzdi. Buna görə Nikolay orta məktəbi bitirəndən sonra texnikuma üz tutdu, üç il elektrik stansiyasında işləyəndən sonra qiyabi yolla Sənaye İnstitutunda oxuya-oxiya həm də Arxangelskdə Tibb İnstitrutunu bitirdi. Texniki bacarıqlara yiyələnməyi sonralar cərrahi əməliyyatlatlarda istifadə edilən unikal tibbi aparatların hazırlaması zamanı onun karına gəldi.

Müharibənin başlanması Amosova nə xəstəxananın ordinaturasında işləməyə, nə də hərbi-səhra cərrahiyyəsini öyrənməyə imkan vermədi. O, 2266 nömrəli hərbi səhra hospitalının aparıcı cərrahı oldu. Hospital döyüş şəraitinə uyğin olaraq tez-yez yerini gəyişirdi. Buna baxmayaraq onun çalışdığı səhra hospitalının beş həkimi 40 min yaralını sağaldaraq döyüş meydanına qaytarmışdı.

"Biz heç bir nəfəri də qan axmadan ölməyə qoymadıq ", – deyə Nikolay Mixayloviç xatırlayırdı. 1974-cü ildə o "PPQ – 2266, və ya hərbi cərrahın qeydləri" povestini yazdl. "Müharibədə mənə parlaq, təsirli döyüş səhnələrini görmək nəsib olmasa da, əvəzində hər gün, hər saat qəhrəmanlıq və cəsarət səhnələri ilə üzləşdim", – sonralar hospitalda onunla çalışan həmkarlarının işini xatırladırdı. Müharibə günlərində əməliyyat masasında baş verən ölüm halları zamanı özü-özünə “məhkəmə qururdu” . Baş verən belə hadisələrdən sonra Amosov tibbdən uzaqlaşmaq istəyir və ön cəbhəyə can atırdı.

Hətta yüngül yaralanmış bir döyüşçü anesteziya zamanı həyatını itirəndən sonra Nikolay Mixayloviç tam ümidsizliyə qapılmışdı, o, özünə qəsd etmək üçün morfi ampulası qəbul edib həyatını bitirmək istəyirdi. "Cəbhədə düşmən gülləsindən ölürlər, burada isə mən onların həyatını bitirirəm!" – deyə düşünürdü. Həkim həmkarları onu tapana qədər belə düşünürdü.

Sonralar Amosov oynaqlarda əməliyyat aparmağın yeni formasını tapdı, əvvəllər sepsisdən həlak olan xəstələrə kömək etmək imkanı yarandı. 1943-cü ildə o, bu barədə dissertasiya müdafiə etmək istəyəndə adi dəftərdə yazıldığına görə qəbul etmədilər: Bundan sonra. Amosov döyüşən orduya qayıtdı.

 

Neştərsiz cərrah

Müharibə zamanı Nikolay Mixayloviç döş qəfəsinin yaralanmaları zamanı hərbi-səhra cərrahiyyəsinin müxtəlif mövzuları üzrə səkkiz elmi məqalə yazdı. Uzaq Şərqdə müharibə başa çatandan sonra Moskvada Müdafiə Sənayesi Nazirliyində işləməyə başladı, burada yiyələndiyi yexniki bacarıqlar onun köməyinə gəldi.

N. V. Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun baş cərrahı Serqey Yudin Amosovu instituta dəvət etdi. Lakin aparatlardan baş çıxardığına, cihazları təmir etmək bacardığına görə Nikolay Mixayloviçə əvvəlcə mühəndis işləməli oldu. Sonralar Amosov etiraf edirdi ki, " orada mənə neştər etibar etmədilər, lakin mən Yudindən çox şey öyrəndim".

1948-ci ildə yalan məlumat verməyə görə casusluqda ittiham olunan Serqey Yudinin həbsindən sonra Amosov Bryansk vilayət xəstəxanasında işləməyə başladı. Burada o yüngül yaraların rezeksiyası – abseslər, xərçəng və vərəm zamanı yeni yanaşmalar tətbiq etdi. O vaxta qədər Sovet İttifaqında heç kim belə əməliyyatlar etmirdi. Lakin uğursuzluqlar Nikolay Mixailoviçi izləməkdə davam edirdi: Yeni metod barədə Moskvaya göndərdiyi məqalənin üzərinə xəstəxana rəhbərliyinin dərkənarı lazım olduğu barədə qeyd var idi. Ona ünvanlanan mənasız cavabdan qəzəblənən Amosov buna məhəl qoymadan doktorluq dissertasiyası yazmağa başladı.

1951-ci ilin noyabrında o, Kiyev institutunda vərəmin müalicəsi və döş cərrahiyyəsində əldə etdiyi nəticələr haqqında məruzə etdi. İnstitutunun direktoru A. S. Mamolat onun çıxışından təsirlənərək Amosova dərhal döş cərrahiyyəsi klinikasına başçılıq etməyi təklif etdi. 1953-cü ildə Nikolay Mixailoviç doktorluq dissertasiyasını müdafiə etdi.

 

O, ürək əməliyyatlarından sonra tanınmağa başladı

Amosovun daha böyük miqyasda tanınmağı onun ürək əməliyyatları aparmasından sonra başladı. İlk dəfə o, 1955-ci ildə ağır ürək qüsurları olan uşaqlara yardım göstərməyə cəhd göstərmişdi.

1957-ci ildə Nikolay Mixayloviç Meksikada cərrahların konqresində süni qan dövranının aparatı ilə ürəkdə aparılan əməliyyatı gördü. Həmin əməliyyatları akademiklər Vişnevski və Petrovski də izləyirdilər, ancaq professor Amosov aptekə üz tutaraq ezamiyyət pulundan 30 dollar ayırıb plastik borular aldı və sonradan şəxsi aparatını yaratdı.

Onun ixtira etdiyi süni qan dövranı aparatı ilə ilk uğurlu əməliyyat 1960-cı ildə aparılıb. 1962-ci ildə Amosov ürək üçün xüsusi süni mitral qapaqlar işləyib hazırladı və akademiyanın müxbir üzvü seçildi, Lenin mükafatına layiq görüldü. Biokibernetka ilə maraqlandı və institutda biokibernetika bölməsi yaratdı.

Amosovun ürək ağrıları olmasaydı, onun karyerası daha uğurlu alına bilərdi. Artıq onun orqanizmi taqətdən düşmüşdü, əməliyyat zamanı yol verdiyi hər səhvə, hər ölüm hadisəsinə görə özünü cəzalandırırdı. Ürək qüsurları olan qızın ölümündən sonra özünü o qədər ittiham etmişdi ki, artıq ağır böhran halı keçirirdi.

Onun özünün cərrahi təçrübəsindən bəhs edən kitabı ilk dəfə üç milyon tirajla "Elm və həyat" jurnalında, sonra isə on milyon tirajla çıxan “Roman-qazeta”da dərc olundu. Özünə qarşı ciddilik, xəstələrə qarşı son dərəcə böyük səmimiyyəti və hədsiz mərhəməti ona çox böyük məhəbbət qazandırdı. “Həkim xəstəliyi sağaldır, sağlamlığa isə özün nail olmalısan” deyən Nikolay Amosovun ömrün uzadılması üçün normal yuxu, hər gün təkrar olunan və getdikcə artırılmağa yönəldilən fiziki hərəkətlər, gündəlik qaçış, soyuq su prosedurları ilə bədəni mohkəmlətdirmək, çox qida gəbul etməmək və ən əsası sağlamlığı hərəkətsizlik, tütün və alkoqolla məhv etməməyi tövsiyə edirdi. Görünür, məhz buna görə Amosovun yaratdığı sistemin çoxlu ardıcılı yarandı və həyatının axır illərində akademik etiraf edirdi ki, qocalıq yenə də ona qalib gəldi. Lakin bununla belə o, 90 il ömür sürməyə nail oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video