Alternative content

16:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri
Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri
ANA SƏHİFƏ / Qanunlar
12:12 06.12.2017

Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Ordenin ümumi təsviri

1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni (bundan sonra - orden) hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilmişdir.

1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

 

Maddə 2. Ordenin ön tərəfi

Səkkizguşəli ulduzun ön tərəfində iki dairə ilə əhatə olunmuş lövhə yerləşdirilmişdir. Birinci dairə ilə ikinci dairənin arasında ağ minalı fonda yuxarı hissədə qövs boyunca “RƏŞADƏT” sözü, aşağı hissədə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. “RƏŞADƏT” sözünün hər iki tərəfində kompozisiyanı tamamlayan xətt vardır. İkinci dairənin daxilində tünd-göy minalı fonda kəsişən iki qılıncın arasında kiçik səkkizguşəli ulduz yerləşdirilmişdir. “RƏŞADƏT” sözü, palıd yarpaqlarından ibarət çələng və səkkizguşəli ulduz relyeflidir.

 

Maddə 3. Ordenin arxa tərəfi Ordenin arxa tərəfinin səthi hamardır, aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

 

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 28 mm ölçülü, yuxarı hissəsi düzbucaqlı, aşağı hissəsi qövs formalı xara lentə ilgək və 2 halqa vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində ordenin 1-ci dərəcəsi üçün eni 5 mm olan bir qızılı zolaq; ordenin 2-ci dərəcəsi üçün hər birinin eni 2,5 mm olan iki qızılı zolaq və onların arasında eni 1 mm olan tünd-göy rəngli bir zolaq; ordenin 3-cü dərəcəsi üçün hər birinin eni 1,5 mm olan üç qızılı zolaq və onların arasında hər birinin  eni  1  mm  olan  tünd-göy  rəngli iki zolaq təsvir edilmişdir. Qızılı zolaqların kənarlarında - sağ və sol tərəflərində ordenin 1-ci dərəcəsi üçün eni 8,5 mm, 2-ci dərəcəsi üçün eni 8 mm, 3-cü dərəcəsi üçün eni 7,75 mm olan tünd-göy rəngli zolaq, həmin zolağın yanında isə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 1,5 mm olan mavi, qırmızı və yaşıl rəngli üç zolaq və ardıcıl olaraq tünd-göy, qızılı və tünd-göy rəngli (hər birinin eni 1 mm) daha üç zolaq vardır. Lentin üzərindəki zolaqların hamısı şaqulidir. Lentin alt hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng əks olunmuş, ordenin dərəcəsinə uyğun metaldan hazırlanmış relyefli qövsvarı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində eni 3 mm olan şaquli zolaq vardır.

4.2. Ordenə paltara bərkidilmək üçün elementi olan, ordenin dərəcəsinə uyğun xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.