Alternative content

02:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ağıllı” iynə cərrahlara kömək edəcək
“Ağıllı” iynə cərrahlara kömək edəcək
ANA SƏHİFƏ / Səhiyyə
09:12 05.12.2017

Minimal invaziv əməliyyatlar üçün yeni alət – sensorlarla təchiz edilmiş cərrahlıq iynəsi hazırlanıb. O, cərraha əməliyyat zamanı orqanların yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir.

Pasiyentlər və həkimlər minimal invaziv əməliyyatlara üstünlük verirlər. Çünki bu kimi əməliyyatlar bədəndə kəsiklər qoymur, bərpa üçün daha az vaxt tələb edir və daha az infeksiya riski daşıyır. Lakin bu əməliyyatlar mükəmməl deyil. Xüsusilə onların keçirilməsi üçün lazım olan daxili orqanların keyfiyyətli təsvirlərini əldə etmək çətindir. Buna görə də, adətən, cərrahlar əməliyyata qədər ultrasəs müayinəsi və maqnit rezonans tomoqrafiyanın köməyi ilə əldə olunmuş təsvirlərlə kifayətlənməli olurlar.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, optik ultrasəs iynəsi əməliyyatların keçirilməsinə yanaşmanı dəyişdirəcək. Onun sayəsində cərrah əməliyyat zamanı yumşaq toxumaların təsvirlərini əldə edə biləcək. Qurğu daxilində iki optik lif olan bir millimetr qalınlığında iynədən ibarətdir. Optik liflərdən biri qısa işartılar yaradır, digəri isə bədən toxumalarının əks etdirdiyi işığı “oxuyur”. Nəticədə, cərrah real vaxt rejimində yüksək keyfiyyətli təsvirə baxır.

Yeni qurğu həkimlərə informasiya verməklə yanaşı, cərrahın işinin bir hissəsini müstəqil yerinə yetirə bilir. Belə ki, zədələnmiş ürək qapağını tikə bilən innovativ “Harpun” aparatı tədqiqatlar zamanı onlarla pasiyentdə öz səmərəliliyini sübut edib.