Alternative content

00:59 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada ən ikrahdoğurucu rəng siqaretçəkməyə qarşı mübarizəyə kömək edəcək
Dünyada ən ikrahdoğurucu rəng siqaretçəkməyə qarşı mübarizəyə kömək edəcək
ANA SƏHİFƏ / Səhiyyə
04:12 05.12.2017

İstehlakçı Araşdırmaları Cəmiyyətinin (GfK Group) Avstraliya bölməsi ən ikrahdoğurucu rəngin axtarışlarını başa çatdırıb. “Pantone 448 C” rəngi məhz belə rəng hesab edilib. Cəmiyyət bu işi Avstraliya hökumətinin sifarişi ilə yalnız bir məqsədlə yerinə yetirib: siqaret qutularının xarici görünüşünü korlamaq və onları daha xoşagəlməz, ikrahdoğurucu etmək.

AZƏRTAC medportal.ru saytına istinadla xəbər verir ki, indi Avstraliyada siqaretçəkənlər nəinki bu qutuların üzərindəki şəkillərdən və yazılardan qorxacaq, həmçinin ən ikrahdoğurucu rəngə toxunacaqlar. İstehlakçılar arasında aparılmış sorğu nəticəsində məlum olub ki, “Pantone 448 C” rəngi insanların tütünə meyilliyindən asılı olmayaraq, onlarda “natəmizlik” və “ölüm” assosiasiyası yaradır.

“İdeal pis” rəngi aşkar etmək asan olmayıb – bir qrup alim və tədqiqatçı 3 aydan artıq müddətdə istehlakçıların müxtəlif rəngli qutulara reaksiyasını öyrəniblər.

“Ən ikrahdoğurucu” rəngli siqaretlər Avstraliya mağazalarının piştaxtalarına dekabrın əvvəlindən çıxarılıb. İndi müxtəlif xəstəliklərdən zədələnmiş insan orqanlarının qorxunc fotoları, siqaretçəkmənin zərəri barədə yazılar birrəngli “Pantone 448 C” fonunda yerləşdirilir.

“GfK Group”un hesabatına görə, 16 yaşından 64 yaşınadək 1000-dən artıq siqaretçəkəni əhatə edən 7 müstəqil araşdırma nəticəsində sübut edilib ki, məhz bu rəngdə qutular həmin qutulardakı siqaretlərin daha aşağı keyfiyyətli olması və sağlamlığa daha çox zərər vurması haqqında təsəvvür yaradır.

Təcrübənin nəticələri 2018-cu ildə yekunlaşacaq. Avstraliyanın ardınca Fransa, Böyük Britaniya və İrlandiyada da siqaretçəkmə ilə mübarizə üçün buna bənzər tədbirlər barədə düşünürlər.