Alternative content

09:16 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
ANA SƏHİFƏ / Səhiyyə
04:12 05.12.2017

Kanadanın Vaterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımi məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Alimlər bu prosesin nə cür baş verdiyini öyrənməyə çalışıblar. Bu məqsədlə dörd qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparılıb. Bir qrupun nümayəndələri mətni səssiz oxuyublar, ikinci qrup eyni yazını səsli variantını dinləyib, üçüncü qrupun təmsilçiləri həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib. İştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan üçüncü qrupun nümayəndələri olub.

Tədqiqatlardan bəlli olub ki, insan öz səsini daha yaxşı yadda saxlayır. Yəni, insan beyni öz səsi ilə tələffüz olunaraq yadda saxladığı mətnə assosiasiya doğurur.

Alimlərin fikrincə aparılan araşdırma yaşlı insanlarda yaddaşın möhkəmləndirilməsinə kömək etmək və ya itirilməsinin qarşısının alınması baxımından çox faydalıdır.