Alternative content

11:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib
ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib
ANA SƏHİFƏ / Təhsil
04:12 05.12.2017

ADA Universiteti bu il başladığı “İnkişaf naminə 100 yeni tərəfdaş” adlı kampaniya çərçivəsində biznes sektorunun liderləri ilə hesabat tədbirini keçirib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

ADA Universiteti yarandığı ilk gündən məşğulluq bazarında təmsil olunan sektorlarla əməkdaşlıq etsə də, ölkədə “bilik iqtisadiyyatı”nın inkişafı bu əməkdaşlığı şaxələndirmək zərurətini ortaya qoyub. Yeni kampaniya çərçivəsində ADA şirkətlərlə üç əsas istiqamət üzrə işləyir: ADA tələbələri üçün müxtəlif sahələrdə staj imkanları, şirkətlər üçün ixtisasartırma proqramları və tələbə təqaüdləri. Bu maliyyə dəstəyi hesabına, həmçinin universitetdə tələbələrin “start up” ideyalarını inkişaf etdirən İnnovasiya Mərkəzi yaratmaq mümkün olub. Tədbirdə ADA tələbələri ən uğurlu “start up” layihələrini biznes sektoru liderlərinə təqdim ediblər.

Hesabat tədbirini yekunlaşdıran xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Müstəqil Azərbaycan Respublikası son illər bütün sahələrdə əhəmiyyətli inkişaf əldə edib. Bizim ölkənin beynəlxalq miqyasda uğurlu olması üçün bütün resursları var. Lakin insan resurslarından hələ ki, tam səmərəli istifadə edə bilməmişik. ADA Universitetinin missiyası Azərbaycana müxtəlif sahələrdə yüksək səviyyəli insan resursunun hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə universitetin göstəriciləri məmnunluq doğurur - məzunların 90 faizi universiteti bitirdikdən üç ay sonra iş tapır”. Rektor vurğulayıb ki, ADA Universiteti təkcə Azərbaycan üçün yox, qlobal miqyasda mükəmməl kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə sənaye sektoru ilə yaxın münasibətlər qurmaq vacibdir.

ADA Universitetinin tədbirinə 40 digər biznes sektorunun liderləri ilə qoşulan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin idarəedici tərəfdaşı Mövlan Paşayev universitetlə qurulan münasibətlərindən məmnunluğunu ifadə edib: “Bu günə kimi şirkətimizdə ADA Universitetinin 20 tələbəsi və məzunu staj və məşğulluq imkanlarından yararlanıb. Deyə bilərəm ki, bu gənclərin keyfiyyətcə fərqləndiyi dərhal nəzərə çarpır: onlar müasir biznes mühitinə uyğun, praktik və ən son bilik və bacarıqlara malikdirlər. ADA Universitetinin təhsil fərqi də məhz bundadır”.