05 Dekabr 2017 03:12
474
Səhiyyə
A- A+

Yüksəkixtisaslı həkimlərdən ibarət briqada Tərtərdə əhalinin tibbi müayinəsini həyata keçirib

Yüksəkixtisaslı həkimlərdən ibarət briqada Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin, Mərkəzi Klinikanın və Mərkəzi Gömrük Hospitalının həkimləri rayon sakinlərinə tibbi xidmət göstəriblər. Rayon mərkəzi xəstəxanasında tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Aksiyadan yüzə yaxın rayon sakini yararlanıb.

Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər tibbi müayinələrdə həvəslə iştirak etdiklərini bildiriblər.

Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə mütəmadi davam etdiriləcəyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video