04 Dekabr 2017 09:12
421
Elm və texnika
A- A+

Rusiya alimləri yeni tip böyrək yaradıblar

Sağlamlıq üçün böyük təhlükə yaradan orqanların dəyişməsini tələb edən xəstəliklər var, amma bəzən belə insanlar əməliyyatları bir neçə ay və hətta illərlə gözləməlidirlər. Onda köməyə müxtəlif prosedurlar gəlir. Məsələn, böyrəklər sıradan çıxdıqda, yəni onlar funksiyasını yerinə yetirə bilmədikdə hemodializə müraciət edirlər. Bu, insanı xəstəxana çarpayısına bağlayan çox mürəkkəb prosedurdur. Amma bu yaxınlarda rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, Moskva Elektrotexnika İnstitutunun (MEİ) alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar. Məsələ ondadır ki, hazırda qanın təmizlənməsinin iki üsulu - hemodializ və peritoneal dializ var. Birinci halda qanı ixtisaslaşdırılmış mərkəzlərdə insanın bədənindən kənar təmizləyirlər. Peritoneal dializdə bu, xəstənin qarın boşluğuna yerləşdirilən xüsusi məhlulun köməyi ilə edilir.

Aparat dializəedici məhlulun daimi regenerasiyasıyla peritoneal dializ üsulu ilə qanın təmizlənməsini həyata keçirir. Bu da məhlulun dəyişdirilməsi ehtiyacını gündə bir-iki dəfəyədək azaltmağa imkan verəcək. Artıq laboratoriyada və heyvan modelində aparatın test nümunəsinin müvəffəqiyyətli sınaqları keçirilib.

Qeyd edək ki, bu, MEİ-də hazırlanan ilk süni orqan deyil. Daha əvvəl mütəxəssislər ürək çatışmazlığının ağır formalarından əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulmuş “süni ürək” yaradıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video