04 Dekabr 2017 06:12
441
Səhiyyə
A- A+

Alimlər səhər yeməyinin vacibliyini sübut ediblər

Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, bu yaxınlarda alimlər və diyetoloqların birgə apardıqları tədqiqatların nəticələri onları şoka alıb. Məlum olub ki, bir neçə dəfə səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər. Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.

Bundan əlavə alimlər irəli sürdükləri nəzəriyyəni praktikada sübut etmək qərarına gəliblər. Bu məqsədlə aparılan tədqiqatlarda 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü iştirak edib. Birinci qrupa daxil olanlar altı ay müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər. Sonda iştirakçıların analiz nəticələrinə görə bəlli olub ki, səhər yeməyi yeməyənlərin metabolizmlərində ciddi pozuntular müşahidə edilir. Gündəlik səhər qidası isə orqanizmə heç bir zərər verə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video