Alternative content

14:47 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası bu dəfə Horadizdə və Cocuq Mərcanlıda
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası bu dəfə Horadizdə və Cocuq Mərcanlıda
ANA SƏHİFƏ / Səhiyyə
01:12 02.12.2017

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Füzuli rayonunun Horadiz şəhərində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səhiyyə ocağının həyata keçirdiyi aksiyaların sayı gündən-günə artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Məqsəd həm pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəliklərinə dair monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Qeyd edək ki, 2005-ci ildən indiyədək səyyar klinika respublikanın 90 rayon və şəhərində 125 aksiya keçirib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM