Alternative content

15:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləği 20 faiz artırılacaq
Siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləği 20 faiz artırılacaq
ANA SƏHİFƏ / PARLAMENT
06:12 01.12.2017

2018-ci ilin dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləğinin 20 faiz, yəni, 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarına nəzərdə tutulan maliyyə yardımının məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.