Alternative content

22:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
03:12 01.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əlaqələrin genişləndirilməsi işində Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsində böyük irəliləyişlərin əldə edildiyini deyən iranlı nazir iqtisadi əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Məhəmməd Cavad Zərif Azərbaycan ilə İranın üçtərəfli formatlarda iştirakının önəmini qeyd etdi.

Prezident İlham Əliyev İrana son səfərini məmnunluqla xatırlayaraq orada keçirilən üçtərəfli sammiti beynəlxalq səviyyədə mühüm tədbir kimi dəyərləndirdi və səfər zamanı İran Prezidenti ilə səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.