Alternative content

22:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliya şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində ustad dərsi keçib
İtaliya şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində ustad dərsi keçib
ANA SƏHİFƏ / Təhsil
03:12 01.12.2017

İtaliyanın “Maire Tecnimont Group” şirkətinin xüsusi təşəbbüslər və regionda əlaqələndirmə üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardassi Bakı Ali Neft Məktəbində (BANM) “Texnoloji innovasiya, biznes və liderlik” mövzusunda ustad dərsi keçib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Kinetics Tecnology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, region üzrə biznes mütəxəssis Alessia Mangiapane, ali məktəbin “Kinetics Tecnology” şirkətində çalışan məzunları, həmçinin şirkətdə hazırda təcrübə proqramı keçən tələbələri iştirak ediblər.

E.Qasımov rəhbərlik etdiyi ali məktəbin məzunlarına “Maire Tecnimont Group” tərəfindən verilən üstünlük və tələbələrin təcrübə proqramında iştirakına yaradılan imkana görə C.Bardassiyə dərin təşəkkürünü bildirib. Rektor tələbələrin C.Bardassinin və eyni zamanda, “Kinetics Tecnology” şirkətinin etimadını doğruldacaqlarına əminliyini ifadə edib.

Ustad dərsində olduqca maraqlı mövzulara toxunan C.Bardassi texnologiya və innovasiyanın yaranma mənbələrindən, sürətli inkişafından, yeni ideyaların formalaşması, tətbiqi və biznes planlamasının aparılmasından danışıb, həmçinin nümunələrlə mövzuya aydınlıq gətirib.

İtaliyalı mütəxəssis tələbələrin böyük maraq göstərdikləri liderlik anlayışından, əsl liderin xüsusiyyətlərindən və daxili keyfiyyətlərindən söz açıb.

Sonda C.Bardassi iştirakçıların suallarını cavablandırıb. O, “Maire Tecnimont Group”un kadr siyasəti və işə qəbul prosesinin əsas mərhələləri barədə məlumat verib, BANM-in “Maire Tecnimont Group” ilə sıx əməkdaşlığına görə E.Qasımova təşəkkürünü bildirib.