Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:44 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
ANA SƏHİFƏ / Fərmanlar
01:12 01.12.2017

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 1

 

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - cəmiyyət) “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur.
1.3. Cəmiyyətin rəsmi adı belədir:
1.3.1. tam halda - “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti;
1.3.2. qısaldılmış halda - “Azərkreditzəmanət” ASC;
1.3.3. ingilis dilində tam adı - “Credit Guarantee Fund of the Republic of Azerbaijan” Open Joint Stock Company;
1.3.4. ingilis dilində qısaldılmış adı - “Azercreditguarantee” OJSC.
1.4. Cəmiyyət Bakı şəhərində yerləşir.
1.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.6. Cəmiyyətin aparatı, törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri cəmiyyətin strukturunu təşkil edir.

 

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuş və cəmiyyətin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, firma işarəsi (emblemi) vardır. Cəmiyyət bankda manatla və xarici valyuta ilə hesablar açmaq hüququna malikdir.
2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və cəmiyyət öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüquqlarına malikdir.
2.3. Cəmiyyət məhkəmədə iddiaçı, cavabdeh, habelə üçüncü şəxs qismində çıxış edə bilər.
2.4. Dövlət cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.
2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu nizamnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

 

3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.
3.2. Cəmiyyət bu nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verir;
3.2.2. sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir;
3.2.3. Cəmiyyətin fəaliyyətində risklərin azaldılması məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırır və tətbiqini təmin edir;
3.2.4. sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir;
3.2.5. kreditlərin anderraytinqinə, vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti təmin etmək, habelə bank tərəfindən uyğunluğun və kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;
3.2.6. Cəmiyyətin əqli mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;
3.2.7. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müvafiq dövlət qurumları ilə, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir;
3.2.8. əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün tədbirlər görür, kənar ekspertləri işə cəlb edir;
3.2.9. Cəmiyyətə aid məsələlər üzrə islahatlar aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
3.2.10. müvafiq hüquqi aktlarda cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirlər həyata keçirir;
3.2.11. aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir və ona riayət olunmasına nəzarət edir.

 

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1. Cəmiyyətin nizamnamə kapitalı, bu nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə cəmiyyətin istifadəsinə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin nizamnamə kapitalı 100.000.000 (yüz milyon) manat olub, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 10 (on) manat olan 10.000.000 (on milyon) ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.
4.3. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.4. Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlakdan, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, cəmiyyət tərəfindən emissiya olunan istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınan kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
4.5. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir (bu Nizamnamənin 4.10-cu bəndi nəzərə alınmaqla).
4.6. Cəmiyyət qanunla nəzərdə tutulmuş icbari ödənişləri ödədikdən sonra fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
4.7. Cəmiyyətin vəsaitindən yalnız bu nizamnamədə nəzərdə tutulmuş məqsəd və səlahiyyətlərin həyata keçirilməsi üçün istifadə olunur.
4.8. Cəmiyyətin milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesabında saxlanılır.
4.9. Cəmiyyət sərbəst pul vəsaitlərindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edə bilər:
4.9.1. dövlət qiymətli kağızlarının əldə olunması üçün;
4.9.2. müvəkkil banklarda və ya kredit reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləşdirilməsi üçün.
4.10. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə öz səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

 

5. Cəmiyyətin idarəetmə orqanları

5.0. Cəmiyyətin idarəetmə orqanları aşağıdakılardır:
5.0.1. Səhmdarların Ümumi Yığıncağı;
5.0.2. Müşahidə Şurası;
5.0.3. İdarə Heyəti.

 

6. Səhmdarların Ümumi Yığıncağı

6.1. Səhmdarların Ümumi Yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır.
6.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətləri aşağıdakılardır:
6.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
6.2.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və sədrin müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
6.2.3. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydasının təsdiq olunması;
6.2.4. sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydasının təsdiq olunması;
6.2.5. Cəmiyyətin risklərinin azaldılması məqsədilə kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqini müəyyənləşdirən qaydanın təsdiq edilməsi;
6.2.6. Cəmiyyətin yenidən təşkili və ləğvi.
6.3. Ümumi Yığıncağın fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən Ümumi Yığıncağın çağırılması, qərarların qəbul edilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
6.4. Ümumi Yığıncaq bu nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

 

7. Müşahidə Şurası

7.1. Cəmiyyətin Müşahidə Şurası öz səlahiyyətləri daxilində cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
7.2. Müşahidə Şurası, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
7.3. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla, növbəti müddətlərə yenidən seçilə bilər.
7.4. Müşahidə Şurasının iclasları ən azı rübdə bir dəfə keçirilir. Müşahidə Şurasının növbədənkənar iclasları Ümumi Yığıncağın, Şuranın hər hansı bir üzvünün, Audit Komitəsinin və İdarə Heyətinin təşəbbüsü ilə çağırılır. Müşahidə Şurasının növbəti və növbədənkənar iclaslarını şuranın sədri çağırır.
7.5. Müşahidə Şurasının tələbi ilə onun iclaslarında cəmiyyətin digər vəzifəli şəxsləri də iştirak etməlidirlər.
7.6. Müşahidə Şurasının iclasları Müşahidə Şurası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə Şurasının sədri, o olmadıqda isə üzvlərin seçdiyi digər üzv iclasa sədrlik edir. Müşahidə Şurasının iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır. Müşahidə Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır. Protokolu Müşahidə Şurasının sədri və digər üzvləri imzalayırlar. Müşahidə Şurasının katibliyi funksiyasını cəmiyyətin struktur bölmələri təmin edirlər.
7.7. Aşağıdakı məsələlərin həlli Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aiddir:
7.7.1. İdarə Heyəti sədrinin təqdimatı əsasında, bu nizamnamənin 6.2.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
7.7.2. aşağıdakı məsələlərlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verilməsi:
1. Cəmiyyətin illik maliyyə hesabatının kənar auditor rəyi ilə birlikdə təsdiq edilməsi, cəmiyyətin mənfəət və zərərinin bölüşdürülməsi, dividendlərin ödənilməsi;
2. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan və aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdlərin (kənar auditorun rəyi əlavə olunmaqla) bağlanması barədə qərar qəbul edilməsi;
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər barədə qərar qəbul edilməsi;
4. Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılmasına və ya ləğvinə razılıq verilməsi;
7.7.3. Cəmiyyətin büdcəsinin, işçilərinin say həddinin və əməyin ödənilməsi formaları və miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;
7.7.4. Cəmiyyətin vəsaitinin yerləşdirilməsi istiqamətlərinin və qaydalarının təsdiq edilməsi;
7.7.5. zəmanət verilməsi barədə çərçivə müqaviləsinin forma və şərtlərinin müəyyən edilməsi və müvəkkil banklarla çərçivə müqaviləsinin bağlanması barədə qərarların qəbul edilməsi;
7.7.6. müvəkkil banklar üzrə zəmanətlərin maksimum limitinin müəyyənləşdirilməsi üçün daxili təsnifləşdirmə modelinin təsdiq edilməsi;
7.7.7. hər bir müvəkkil bank üçün faiz subsidiyası ilə əhatə olunan hər təqvim ili üzrə faiz subsidiyası limitinin müəyyən edilməsi;
7.7.8. Cəmiyyətin fəaliyyətində risklərin idarə edilməsi strategiyasının, risklərin idarə edilməsi alətlərinin və onların tətbiqi mexanizmlərinin müəyyənləşdirilməsi, risklərin idarə edilməsi, həmçinin bu nizamnamənin 3.2.5-ci yarımbəndinə müvafiq olaraq sahibkarlıq subyektlərində monitorinqlərin aparılması sahəsində daxili qayda və prosedurların təsdiq edilməsi;
7.7.9. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı təkliflər verilməsi;
7.7.10. aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərarın qəbul edilməsi;
7.7.11. İdarə Heyəti üzvlərinin mükafatlandırılması məsələsinə baxılması;
7.7.12. Cəmiyyətin Audit Komitəsinin və digər daxili komitələrinin yaradılması, əsasnamələrinin təsdiqi və tərkiblərinin müəyyən edilməsi;
7.7.13. Audit Komitəsinin təqdimatı əsasında cəmiyyətin daxili auditorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi;
7.7.14. Cəmiyyətin kənar auditorunun təyin edilməsi;
7.7.15. daxili və kənar auditor yoxlamalarının nəticələrinə baxılması və bu yoxlamaların yekunları ilə bağlı müvafiq qərarların qəbul edilməsi;
7.7.16. İdarə Heyətinin müraciəti əsasında cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətləri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
7.7.17. Cəmiyyətin istiqraz buraxması və buraxılışın şərtləri barədə qərar qəbul edilməsi;
7.7.18. öz funksiyalarının yerinə yetirilməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin İdarə Heyətindən və cəmiyyətin digər vəzifəli şəxslərindən tələb edilməsi;
7.7.19. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, cəmiyyətin fəaliyyətini tənzimləyən hüquqi aktlarda və bu nizamnamədə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən digər məsələlərin həll edilməsi.
7.8. Müşahidə Şurası bu nizamnamə ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

 

8. İcra orqanı

8.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir.
8.2. İdarə Heyətinin tərkibi 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun müavinindən, həmçinin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər üzvdən ibarətdir.
8.3. Müşahidə Şurasının və Audit Komitəsinin üzvləri İdarə Heyətinə seçilə bilməzlər.
8.4. İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
8.4.1. Cəmiyyətin büdcəsini, habelə işçilərinin say həddi, əməyin ödənilməsi formaları və miqdarı barədə təkliflərini hazırlayıb Müşahidə Şurasına təqdim etmək;
8.4.2. Cəmiyyətin nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi və mənfəətin (zərərin) bölüşdürülməsi barədə Müşahidə Şurasına təkliflər vermək;
8.4.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan və aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdlərin (kənar auditorun rəyi əlavə olunmaqla), habelə aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması barədə Müşahidə Şurasına təkliflər vermək;
8.4.4. Cəmiyyətin İdarə Heyətinin reqlamentini, idarə, nümayəndəlik, filial və törəmə cəmiyyətlərinin əsasnamə və nizamnamələrini, cəmiyyətin idarə olunması və fəaliyyəti ilə əlaqədar təsdiqi Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməmiş digər qaydaları, prosedurları və sənədlərin nümunəvi formalarını təsdiq etmək;
8.4.5. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
8.4.6. Cəmiyyətin vəsaitlərindən təyinatı üzrə istifadəni təmin etmək;
8.4.7. Cəmiyyətin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;
8.4.8. öz səlahiyyətlərinin icrası məqsədilə daimi və ya müvəqqəti əsaslarda işçi qruplar və (və ya) komitələr yaratmaq;
8.4.9. Cəmiyyətin fəaliyyəti ilə bağlı Ümumi Yığıncağın, Müşahidə Şurasının və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həll etmək.
8.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən müavininin) səsi həlledici sayılır. İdarə Heyətinin iclasları İdarə Heyəti sədrinin, İdarə Heyəti üzvünün, Müşahidə Şurası sədrinin və ya Müşahidə Şurasının ən azı 2 üzvünün təşəbbüsü ilə İdarə Heyətinin sədri tərəfindən çağırılır.
8.6. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
8.6.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
8.6.2. İdarə Heyətinin digər üzvlərinin, habelə cəmiyyətin digər vəzifəli şəxslərinin kadr, maliyyə və başqa məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirmək və qarşılıqlı fəaliyyətini təşkil etmək;
8.6.3. İdarə Heyətinin fəaliyyətini təşkil etmək və iclaslarına sədrlik etmək;
8.6.4. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin etmək;
8.6.5. Cəmiyyətin ştat cədvəlini təsdiq etmək və struktur bölmələrinin işini təşkil etmək;
8.6.6. Cəmiyyətin maliyyə hesabatlarını imzalamaq və kənar auditorun rəyi ilə birlikdə Müşahidə Şurasına təqdim etmək;
8.6.7. bu nizamnamə ilə Ümumi Yığıncağın, Müşahidə Şurasının və İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, cəmiyyətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, işçilərlə əmək müqavilələri bağlamaq və onların fəaliyyətinə rəhbərlik etmək, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək;
8.6.8. Cəmiyyətin istiqraz buraxması üçün emissiya prospektini təsdiq etmək;
8.6.9. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görmək;
8.6.10. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
8.6.11. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində cəmiyyətin bütün əməkdaşları üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər vermək;
8.6.12. etibarnamə olmadan cəmiyyət adından hərəkət etmək və üçüncü şəxslərlə münasibətdə cəmiyyəti təmsil etmək;
8.6.13. etibarnamələr vermək, banklarda hesablar açmaq və həmin hesablara dair sərəncam vermək;
8.6.14. Cəmiyyətin fəaliyyətində dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
8.6.15. Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar və işçi qruplar yaratmaq.
8.7. İdarə Heyətinin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrasını sədrin müavini, o da olmadıqda, İdarə Heyətinin digər üzvü həyata keçirir.

 

9. Daxili və kənar audit

9.1. Cəmiyyətdə daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün Müşahidə Şurası tərəfindən 3 (üç) il müddətinə təyin olunan azı 3 üzvdən ibarət Audit Komitəsi yaradılır.
9.2. Müşahidə Şurasının üzvləri və cəmiyyətin digər vəzifəli şəxsləri Audit Komitəsinin üzvü ola bilməzlər.
9.3. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
9.3.1. Cəmiyyətin audit siyasətini və strategiyasını hazırlamaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
9.3.2. təsdiq olunmuş audit siyasəti və strategiyası əsasında cəmiyyətin daxili audit işini təşkil etmək;
9.3.3. daxili audit planlarını təsdiq etmək və daxili audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
9.3.4. daxili auditorların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Müşahidə Şurasına təqdimatlar vermək;
9.3.5. kənar auditorun təyin edilməsi ilə əlaqədar Müşahidə Şurasına təklif vermək;
9.3.6. kənar auditorla daxili auditorların birgə işini əlaqələndirmək;
9.3.7. daxili və kənar audit nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması və tövsiyələrinə əməl olunması ilə bağlı cəmiyyətin struktur bölmələrinin hansı tədbirlər gördüyünü yoxlamaq və nəticələr barədə Müşahidə Şurasına hesabat vermək;
9.3.8. daxili və kənar auditin nəticələri ilə bağlı Müşahidə Şurasının qərarlarının icrasına nəzarət etmək.
9.4. Audit Komitəsinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Audit Komitəsinin sədri, o olmadıqda isə üzvlərin seçdiyi digər üzv iclasa sədrlik edir. Audit Komitəsinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır.
9.5. Audit Komitəsi və daxili audit bölməsi audit işinin təşkili və aparılması zamanı bu nizamnaməni, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur.
9.6. Cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri Audit Komitəsinin və daxili auditorların tələbinə əsasən cəmiyyətin fəaliyyəti ilə bağlı bütün zəruri sənədləri və məlumatları onlara təqdim etməyə və auditin aparılması üçün şərait yaratmağa borcludurlar.
9.7. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
9.8. Eyni kənar auditorla ardıcıl 3 (üç) ildən artıq müddətə müqavilə bağlamaq olmaz.

 

10. Cəmiyyətdə uçot və hesabat

10.1. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti hesabat ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
10.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
10.3. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.
10.4. Cəmiyyət illik maliyyə hesabatlarını kənar auditor rəyi ilə birlikdə, əməliyyat büdcəsini isə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, habelə öz internet saytında və mətbu orqanda dərc edir.
10.5. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri, habelə cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin cəmiyyətlə bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələrində müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
10.6. Cəmiyyət xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etməyə və öz internet saytında yerləşdirməyə borcludur.

 

11. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM