Alternative content

14:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında parlamentlər mühüm rol oynayır
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında parlamentlər mühüm rol oynayır
ANA SƏHİFƏ / PARLAMENT
05:11 30.11.2017

Noyabrın 30-da Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dost və qardaş ölkənin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, iki qardaş ölkə beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olur, problemlərini birlikdə həll etməyə çalışır. Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə bir-birinin haqqını müdafiə edir və hüquqlarını qoruyur.

Söhbət zamanı Səməd Seyidov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini qaldırdığına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qrupların fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən söhbət açılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün iki ölkənin birgə fəaliyyətinə hər zamankından daha çox ehtiyac olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, ölkələrimizə qarşı edilən təzyiqlərin qarşısının alınması üçün bu, çox vacibdir. Söhbət zamanı tərəflər ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin komitə sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova, Rövşən Rzayev, Fazil Mustafa, səfirlər Erkan Özoral, Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak ediblər.