Alternative content

10:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
01:11 30.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd etdi və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Pakistan bütün məsələlərlə bağlı daim bir-birini dəstəkləyir, siyasi, iqtisadi, ticarət, hərbi əməkdaşlıq əlaqələri yaxın müttəfiqlər səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev dedi ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Dövlətimizin başçısı Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirdi. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatına toxunan dövlətimizin başçısı bu əməkdaşlığın müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini əminliklə vurğuladı.

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif ölkələrimiz arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini, əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayan qonaq beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Pakistanlı qonaq Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. O, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğuladı.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Əfqanıstanda sabitlik və inkişafa nail olunması işinə böyük töhfə verdiyi qeyd olundu.