Alternative content

13:02 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
12:11 30.11.2017

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1670 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda “Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri - II dərəcəli dövlət ədliyyə müşaviri” abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

 

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini

III dərəcəli dövlət ədliyyə müşaviri

NaxçıvanMuxtar Respublikası ədliyyə nazirinin müavini –  Penitensiar Xidmətin rəisi

ədliyyə general-mayoru

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2017-ci il


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM