Sualım var
Hansı hallarda ödənilməmiş cəriməyə görə avtomobil hərəkətdə ikən saxlanıla və sürücüdən alınaraq cərimə meydançasına aparıla bilər? Bu prosedur hüquqi cəhətdən necə icra edilməlidir, sürücüyə hansısa sənəd göstərilməlidirmi?
Ehtiram ABBASOV,
Bakı şəhər sakini
- Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən dayandırılaraq cərimə meydançasına yerləşdirildiyi hallardan biri də sürücüyə yol hərəkəti qaydalarını pozduğuna görə əvvəllər tətbiq edilmiş cərimənin vaxtında ödənilməməsidir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində sürücü cəriməni ödəməzsə, onun həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya DYP orqanının qərarı çıxarılır. Cərimənin tətbiqi barədə qərarın qanuni qüvvəyə minməsi isə yalnız həmin qərarın (o cümlədən elektron protokolun) kağız daşıyıcında sürücüyə rəsmən təqdim edilməsindən sonra mümkündür. Sürücü belə qərarı aldıqdan sonra ondan şikayət etməzsə, həmin qərar 10 gündən (elektron protokol 20 gündən) sonra qüvvəyə minir. Qərar qüvvəyə mindikdən sonra iki ay müddətində icra edilməzsə, DYP-nin mərkəzi informasiya sistemində ayrıca bir qərar çıxarılır ki, avtomobil saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilsin.
Lakin cərimə məhkəmə qərarı ilə tətbiq edilmişdirsə, avtomobilin saxlanılması barədə qərar da həmin məhkəmə tərəfindən çıxarılır və DYP-nin Mərkəzi İnformasiya sisteminə yerləşdirilir. Barəsində belə qərar çıxarılmış nəqliyyat vasitəsini saxladıqda DYP əməkdaşı sürücüyə öz planşetində həmin qərarı göstərməli və bundan sonra nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasını təmin etməlidir.
Ərşad HÜSEYNOV,
hüquqşünas
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!