Alternative content

23:54 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Orqanizm təmizlənməsinin sadə üsulu
Orqanizm təmizlənməsinin sadə üsulu
ANA SƏHİFƏ / Səhiyyə
03:11 29.11.2017

Tübaj öd kisəsinin yuyulması prosesidir, çox səmərəli müalicəvi və profilaktik üsuldur. Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır, ən əsası isə öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

AZƏRTAC xəbər verir ki, tübaj etməyə qərar verərkən ilk növbədə öd kisəsində daş olmadığına əmin olmaq lazımdır, əks halda hətta çox kiçik, hətta ağrı verməyən "lal" daşlar da tübajın təsiri ilə öz yerini dəyişib öd axarını bağlaya bilər və təcili cərrahi əməliyyata ehtiyac yaranar. Ona görə də prosesdən əvvəl mütləq ultrasəs müayinəsindən keçmək və həkimlə məsləhətləşmək lazımdır. Kəskin xolesistiti, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi də tübaj üçün əks göstəriş sayılır. Həmin xəstəliklər olmayanda tübajdan istifadə etmək daha yaxşı nəticə verir.

Tübay etmək üçün axşamdan 500 ml mineral su açıq qaba tökülərək səhərə qədər saxlanılır ki, tərkibində olan qazlar çıxsın. Mineral su 40-45 dərəcəyə qədər qızdırılır, səhər tezdən acqarına iki-üç qurtum su içilərək 3-5 dəqiqə bel və sağ böyrü üstə uzanılır. Sağ böyrün qabırğaaltı nahiyəsinə dərini yandırmamaq üçün isti su ilə dəsmala bükülmüş isitqaç qoyulur. Sonra ayağa qalxıb və ya oturulu vəziyyətdə yenə də iki-üç qurtum su içilərək uzanılır. Həmin qayda ilə təxminən yarım saat ərzində yarım litr su içilir və yenə uzanılır. Tübaj nəticəsində öd qatılığı azalır, öd kisəsinin hərəkətliliyi artır, hətta ilk tübajdan sonra ağızda acılıq, gəyirmə və sağ qabırğaaltı nahiyədə ağırlıq hissi keçir.

On gündən artıq tübajı təkrar eləmək olmaz. Prosedur ikinci dəfə aparılanda həkimin məsləhəti ilə mineral suya ödqovucu vasitələrdən biri əlavə edilməlidir.