Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:47 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hipertoniyadan qorunmaq yolları
Hipertoniyadan qorunmaq yolları
ANA SƏHİFƏ / Səhiyyə
12:11 29.11.2017

Arterial hipertoniya bir sıra xəstəliklərin inkişafına səbəb olur, ilk növbədə isə həyati vacib orqanlara - ürək, baş -beyin, böyrək və gözlərə ziyan vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər ziyan çəkir ki, kardioloqlar onları "hədəf orqanlar" adlandırırlar, -deyə söhbət açan həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru Azadə Rəhimova AZƏRTAC-a verdiyi müsahibədə hipertoniyadan qorunmaq yolları barədə danışıb.

Onun dediyinə görə, bunun üçün ilk növbədə təzyiqi müntəzəm nəzarətdə saxlamaq, hətta arterial təzyiq heç vaxt yuxarı olmayanda da profilaktik məqsədlə vaxtaşırı ölçmək lazımdır. İstənilən yaş və cins üçün təzyiqin normal səviyyəsi 100-139/60-89 mm civə sütunu həkimlər tərəfindən optimal göstərici kimi dəyərləndirilir. Ölçmə vaxtı 139/89 mm civə sütunu təyin olunursa, bu, təzyiqə nəzarət etmək üçün əsaslı səbəbdir. 140/90 və ondan yuxarı olanda kardioloqa və ya sahə həkiminə müraciət edilməlidir.

Hipertoniyanın uğurlu müalicəsi yalnız müalicə həkimindən deyil, həm də xəstənin özündən asılıdır. Həkimin təyin etdiyi müayinələrdən keçmək müalicə taktikasını seçmək üçün çox vacibdir: qan və sidiyin ümumi analizi və elektrokardioqrafiya müayinəsi aparılır. Təyin olunan dərmanlar müntəzəm şəkildə qəbul edilməlidir. Xəstə həkimin tələbi ilə adət etdiyi həyat tərzini dəyişməli, sağlam qidalanmalı və aktiv yaşamağın vacib olduğunu dərk etməlidir.

Hipertoniya xəstələrinin qidası barədə həkim deyib: "Xəstənin çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında birbaşa əlaqə vardır. Qeyri-düzgün qidalanan, duzlu və yağlı qidalardan, alkoqoldan sui-istifadə edən və artıq çəkisi olanlarda hipertoniyaya beş-altı dəfə çox rast gəlinir. Kardioloqların müşahidələrinə görə, çəkinin 10 kiloqram artması təzyiqin 2-3 mm civə sütunu yüksəlməsinə səbəb olur. Çoxsaylı elmi tədqiqatlar nəticəsində müəyyən olunub ki, həddindən çox xörək duzunun istifadəsi arterial təzyiqin artmasına aparıb çıxarır. Artıq çəkili xəstələr və yaşlılar qidada xörək duzunun miqdarına qarşı daha həssasdırlar. Gün ərzində 2 qramdan artıq duz qəbul edilməməli və çox duzlu ərzaqlar rasiondan çıxarılmalıdır".

Həkim-terapevt xəstəliyin profilaktikasında fiziki aktivliyin də əhəmiyyətini söyləyib: "Az hərəkətli həyat tərzi keçirən və idman məşğələləri etməyənlərdə arterial təzyiq normada olsa da, hipertoniyanın inkişaf riski aktiv həyat tərzi keçirənlərə nisbətən 20-50 faiz yüksəkdir. Hətta sürətli yeriş, sağlamlaşdırıcı qaçış, həftədə 3-5 dəfə yarım saat üzmək və digər fiziki məşqlər arterial təzyiqi 5-10 mm civə sütunu aşağı sala bilər. Hipertoniklər ağır statik fiziki yüklərdən uzaq olmalıdırlar, çünki ağırlıq qaldırmaq təzyiqi artırır. Arterial təzyiqi tənzimləmək yolunda ən vacib məsələlərdən biri də alkoqol və siqaretçəkmə kimi zərərli vərdişlərdən qurtulmaqdan ibarətdir".


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM