Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Silahlı Qüvvələrin Baş Klinik Hospitalı iki hərbi qulluqçu ailəsinə sevinc hissi yaşadıb
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı iki hərbi qulluqçu ailəsinə sevinc hissi yaşadıb
ANA SƏHİFƏ / Səhiyyə
06:11 28.11.2017

Noyabrın 27-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ilk dəfə olaraq iki oğlan uşağı dünyaya gəlib.

AZƏRTAC xəbər verir ki, yeni yaradılan Akuşer-Ginekologiya bölməsində eyni gündə iki doğuş həyata keçirilib.

Uşaqların hər ikisinin ataları döyüş bölgəsində xidmət edən hərbi qulluqçulardır.

Birinci körpənin atası Rahid Abbasov “N” nömrəli hərbi hissədə bölük komandirinin şəxsi heyət üzrə müavinidir. Anası Turanə Abbasova evdar qadındır. Onlar 2013-cü ildə ailə qurublar. Yeni doğulan körpə ailənin ikinci övladıdır.

İkinci körpənin atası Ayaz Mahmudov “N” nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur, kiçik çavuşdur. Anası Oksana Mahmudova evdar qadındır. Onlar isə 2015-ci ildən ailəlidirlər. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyaya gələn oğlan uşağı ailənin ilk övladıdır.

Noyabrın 28-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazir müavini, general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında körpələrə baş çəkib, onların valideynlərini təbrik edib, qayğıları ilə maraqlanıb.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ilk dəfə dünyaya gələn hər iki körpənin ailəsinə Müdafiə Nazirliyinin rəhbərliyi adından hədiyyələr təqdim olunub.

Bölmə rəisi, həkim Yaqut İbrahimova deyib ki, uşaqların biri təbii doğuşla, biri isə qeysəriyyə üsulu ilə dünyaya gəlib. Hər iki körpənin vəziyyəti yaxşıdır. Doğuşlar normal həyata keçirilib. Analar da özlərini yaxşı hiss edirlər. “Bizə göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bu gün ölkəmizdə baş verən hər bir yeniliyə, hər bir müvəffəqiyyətə görə dövlətimizin başçısının müdrik və uzaqgörən siyasətinə borcluyuq”, - deyə o qeyd edib.

Baş leytenant Rahid Abbasov deyib: “Bu gün ailəmizin, yaxınlarımızın sevincli, fərəhli günüdür. İkinci övladımız dünyaya gəlib. Oğlan övlad həm də sabahın əsgəridir. Mən zabit olaraq buna da çox sevindim. Çalışacağam ki, onu Vətənimizə layiqli övlad olaraq yetişdirim. Bu sevincli anlarımızda hərbçi ailəsinə belə bir diqqət olduqca qürurvericidir. Həmişə zabitlərə, hər əsgərə diqqətin və qayğının şahidi olmuşuq.

Biz Ali Baş Komandanımızın diqqət və qayğısının cavabını həmişə nümunəvi xidmətimizlə təsdiqləməyə çalışırıq. Bu qayğıya görə dövlətimizin başçısına minnətdaram”.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Ayaz Mahmudov bildirib: “Dövlətə, dövlətçiliyimizə bağlılığımla və Azərbaycan Ordusunda hərbi xidmətimlə həmişə fəxr etmişəm.

Bu gün həyatımın ən əlamətdar günlərindən biridir. Oğlan övladımız dünyaya gəlib, Azərbaycan Ordusunun gələcək əsgəri dünyaya gəlib. Bu, həm əvəzedilməz bir hissdir, həm də məndə məsuliyyət hissini ikiqat artırır.

Çalışacağam ki, o, böyüyəndə Vətənə layiqli övlad olsun. Ailəmiz adından Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm”.

2017-ci ilin mart ayında Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri Ginekologiya bölməsini ziyarət edib və onun fəaliyyətə başlaması barədə müvafiq tapşırıqlar verib. Tamamlama işləri və bölmənin ən müasir avadanlıqlarla təmin edilməsi prosesi başa çatdıqdan sonra artıq peşəkar həkim kollektivi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının akuşer-ginekologiya bölməsi qadın hərbi qulluqçular, hərbçilərin ailə üzvləri və mülki şəxslərə xidmət göstəməkdədir. Bölmədə yaradılan şərait müasir standartlara cavab verən tibbi xidmət göstərilməsinə, dünyaya göz açan körpələrin sağlam doğulmasına tam imkan verir. Akuşer-ginekologiya bölməsinin həkim kollektivinin peşəkar iş birliyi nəticəsində noyabrın 27-də bölmədə iki sağlam oğlan uşağı dünyaya göz açıb və bu da Azərbaycan hərb təbabətində yeni bir uğurdur.