Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:34 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveç nümayəndə heyətinə Azərbaycandakı dini vəziyyətlə bağlı məlumat verilib
İsveç nümayəndə heyətinə Azərbaycandakı dini vəziyyətlə bağlı məlumat verilib
ANA SƏHİFƏ / PARLAMENT
03:11 28.11.2017

Noyabrın 28-də Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqlara parlamentin fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, deputatlar üçün yaradılmış iş şəraiti barədə məlumat verib. Qeyd edilib ki, parlamentdə müxtəlif sahələri əhatə edən 15 komitə mövcuddur. Qarşılıqlı əlaqələrin inkişafında parlamentlər əhəmiyyətli rola malikdir.

Diqqətə çatdırılıb ki, müsəlman Şərqində ilk demokratik dövlət məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. 2018-ci ildə xalqımızın tarixində mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bu gün Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Konstitusiyamızda dini azadlıqlarla bağlı normalar təsbit olunub. Milli Məclisdə dini münasibətləri tənzimləyən hüquqi aktlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” Qanun qəbul olunub. Cəmiyyətdə müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri ölkəmizdə bütün dini icmalara dözümlü münasibət mövcuddur. Müxtəlif dini etiqadlara mənsub olan insanlar öz ibadətlərini, adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Bütün dinlərə qarşı hər zaman dözümlülük nümayiş etdirilib. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlətimiz və Heydər Əliyev Fondunun himayəsi altında bərabər hüquqda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həm Azərbaycanda, həm də xaricdə, o cümlədən Vatikanda, Fransada, Bosniyada, Pakistanda, Gürcüstanda, Avropanın bir sıra ölkələrində ayrı-ayrı dini abidələr, mədəniyyət ocaqları bərpa olunub.

Diqqətə çatdırılıb ki, ölkəmizdə milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır. Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm İli” və bunun davamı olaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün millətlər və dinlər arasında bərabərliyin, həmrəyliyin, əməkdaşlığın dəstəklənməsi üçün yönəlmiş bir addımdır.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Bildirilib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb. Dünya ictimaiyyəti bunun qarşısının alınması üçün səylərini artırmalıdır.

İsveç nümayəndə heyətinin rəhbəri Ake Qoranson səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, bildirib ki, bu gün İsveçdə 70-ə yaxın dini icma fəaliyyət göstərir. Dini azadlığın təmin edilməsinin vacib olduğunu deyən qonaq qeyd edib ki, burda əsasən vətəndaşların mənafeyi nəzərə alınmalıdır. Dini icmalar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməlidir.

Söhbət zamanı çıxış edən Sensus Araşdırmalar Assosiasiyasının direktoru Ann-Katrin Persson, İbn Rüşd Araşdırmalar Assosiasiyasının direktoru Ömər Mustafa təmsil etdikləri qurumların fəaliyyəti, apardıqları tədqiqatlar barədə məlumat veriblər. Dinlər arasında əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyiblər.

Görüşdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, İsveçin Azərbaycandakı səfiri İngrid Tersman iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM