Alternative content

19:54 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıb
Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıb
ANA SƏHİFƏ / Təhsil
09:11 24.11.2017

Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitet rəhbərliyi, müəllimlər, tələbələr və bu ali təhsil ocağının məzunu, şəhid Elşad Əliyevin anası Flora Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun təhsil aldığı xüsusi texnika və texnologiya fakültəsində onun xatirəsinə yaradılan fotostendlə tanış olublar.

AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilən tədbirdə Çingiz Qurbanovun tələbəlik illərini xatırlayan müəllimlər onun vətənpərvər, fəal gənc olduğunu vurğulayıblar.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə AzTU-nun xüsusi texnika və texnologiya fakültəsini bitirib. Elə həmin il hərbi xidmətə başlayan Çingiz Qurbanov Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat-təxribat qrupunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Məkrli düşmən şəhidin nəşini verməkdən boyun qaçırsa da, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində Çingiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.