24 Noyabr 2017 09:11
480
Səhiyyə
A- A+

Ötən il robotların köməyi ilə 3 milyona yaxın cərrahi əməliyyat aparılıb

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Təbabətdə yeni texnologiyalar: kök hüceyrələri, robot cərrahiyyəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik katibi Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, son zamanlar texnologiyaların inkişafı tibdə yeni uğurların əldə edilməsinə rəvac verib. O, həmçinin qeyd edib: “Son illər inkişaf edən sahələrdən biri də kök hüceyrələrinin təbabətdə tətbiqi və müxtəlif xəstəliklərdə müalicə vasitəsi kimi istifadə olunmasıdır. Demək olar ki, hazırda təbabətin elə sahəsi yoxdur ki, orada kök hüceyrələr tətbiq edilməsin. Onkoloji xəstəliklərdə, qan xəstəliklərində, o cümlədən qaraciyər, ağciyər, ürək patologiyalarında müalicələr kök hüceyrələri ilə daha çox aparılmağa başlanılıb. Türkiyədə bu sahədə bir çox elmi tədqiqat işləri aparılır və əldə edilən nəticələr səhiyyədə geniş tətbiq olunur. Azərbaycanlı mütəxəssislər də türkiyəli həmkarları ilə birgə fəaliyyət göstərirlər. Lakin ölkəmizdə bu sahədə uğurlardan danışmaq hələ tezdir. Konfransın keçirilməsinin əsas məqsədlərindən biri də qardaş ölkənin aparıcı mütəxəssislərinin elmi-tədqiqat işlərinin nəticələrini yerli tibb işçiləri ilə bölüşməsi, təcrübə mübadiləsi aparmasıdır. Bu sahənin inkişafı istiqamətində ölkəmizdə də tədqiqatlar aparılır və gələcəkdə bu sahədə genişmiqyaslı uğurlar əldə olunacağına ümid edirik.

Digər məsələ isə robotik cərrahiyyə ilə əlaqəlidir. Robotik cərrahiyyə tibbin gənc sahəsi hesab olunur. Robotların iştirakı ilə ilk cərrahi əməliyyat 2000-ci ildə aparılıb. Ötən il isə robotların köməyi ilə dünyada 3 milyona yaxın cərrahi əməliyyat həyata keçirilib. Robotik cərrahiyyə getdikcə daha da geniş istifadə olunur və gələcəkdə bütövlükdə təbabətdə tətbiq olunacaq. Azərbaycanda da bu sahədə mütəxəssislərin hazırlanmasına və avadanlıqların alınmasına ehtiyac var”.

Daha sonra tədbirdə Türkiyədə Liv Hospital Şəbəkəsinin aparıcı mütəxəssisi, professor Erdal Karaöz “Kök hüceyrəsi və onun tibdə tətbiq olunmasına yanaşmalar”, professor Fatih Ağalar “Da Vinci. Minimal İnvaziv Cərrahiyyə. Süd vəzisi cərrahiyyəsi”, professor Gürsel Turqut “Estetikada ağıllı yaşlanma və genomik tibb ilə gənc qalmanın yolları”, Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov və Aynur Səfiyeva “Kolorektal poliplərdə kök hüceyrələrinin diaqnostik və proqnostik rolu”, professor Kamran Musayev “Ürəyin işemik xəstəliklərində kök hüceyrələrinin tətbiqi”, fəlsəfə doktoru Orxan İsayev “Xərçəng kök hüceyrələri”, AMEA-nın Fiziologiya İnstitutunun professoru Əhməd Hacıyev “Neyrodegenerativ xəstəliklərdə kök hüceyrələrinin rolu” mövzusunda məruzə ediblər.

Sonra ATU-nun mütəxəssisi Tariyel Ömərovun iştirakı ilə “Xroniki yaralarda kök hüceyrələri” mövzusunda müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video