Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:45 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələri müzakirə olunub
Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
09:11 24.11.2017

Noyabrın 24-də Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov ölkələrimiz arasında mövcud olan ortaq dəyərlərdən danışıb. Bildirib ki, həm Azərbaycan, həm də Latviya müstəqilliyini eyni ildə - 1918-ci ildə əldə edib. Gələn il hər iki ölkə müstəqilliyinin 100 illiyini qeyd edəcək.

Ölkələrimiz arasında mövcud olan münasibətlərdən danışan Milli Məclisin deputatı Azərbaycan ilə Latviyanın siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq etdiklərini bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərimizin daha da inkişafına xüsusi təkan verir. Qeyd edilib ki, iki ölkənin parlamentləri arasında da əlaqələr yüksələn xətlə inkişaf edir.

Humanitar sahədə də münasibətlərin inkişaf etdiyini deyən Kamran Bayramov hazırda 150-yə yaxın azərbaycanlı tələbənin Latviyada təhsil aldığını qeyd edib.

Azərbaycanda ilk dəfə olduqlarını deyən Preyli şəhər dumasının sədri Maruta Plivda iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib. O deyib: “Biz çox şadıq ki, bu əməkdaşlıq davam edir və inanırıq ki, gələcəkdə Azərbaycandan Latviyaya daha çox insan səfər edəcək, ölkəmizin mədəniyyəti ilə tanış olacaqlar”.

Müxtəlif sahələrdə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirən Maruta Plivda iqtisadiyyat, turizm, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM