24 Noyabr 2017 01:11
238
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbində (BANM) Çinin aparıcı beynəlxalq investisiya şirkətlərindən olan “China Minsheng İnvestment Group”un (CMİG) nümayəndə heyəti ilə görüş olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Rektor son dövrdə ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı istiqamətində irəliləyişlərdən söz açıb, BANM-in də bu sahənin araşdırılmasında maraqlı olduğunu qeyd edib.

CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin BANM-in rəhbərliyinə göstərdiyi marağa görə təşəkkür edib, CMİG şirkəti, həmçinin Çində alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki inkişaf və yeniliklər barədə danışıb. BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq bu sahədə Çinin aparıcı universitetləri ilə də əlaqələr yaradılmasının və bu sahələr üzrə gələcəkdə tələbə mübadiləsi proqramının həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Nümayəndə heyətinin üzvləri CMİG şirkətinin ölkələr üzrə inkişaf strategiyasında Azərbaycan bazarının əhəmiyyətli yer tutduğunu, məhz bu səbəbdən BANM-lə təhsil, inkişaf və istehsalat sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Çinli qonaqlar, həmçinin yeni enerji mənbələri sahəsində olan BANM-in layihələrinin maliyyələşdirilməsində və həyata keçirilməsində kömək göstərməyə hazır olduqlarını deyiblər.

Daha sonra şirkətin nümayəndələri BANM-in yeni kampusunda tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait və laboratoriyalarla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video